Icma.az
close
up
RU
TARİX YAZAN LİDERİN İMZASI: GÜCLÜ LİDER GÜCLÜ AZƏRBAYCAN

TARİX YAZAN LİDERİN İMZASI: GÜCLÜ LİDER GÜCLÜ AZƏRBAYCAN

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Xəyyam Əsgərov, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

Müstəqil Azərbaycanın son iki onillikdə keçdiyi möhtəşəm inkişaf yolu bir liderin – Prezident İlham Əliyevin müdrik siyasəti, dönməz iradəsi və uzaqgörən qərarları ilə sıx bağlıdır. Prezident İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın taleyində mühüm dönüş yaradan tarixi şəxsiyyət, milli yaddaşda öz imzasını əbədi olaraq həkk etmiş Liderdir.

Bu imza – Zəfərimizin altındadır. Bu imza – sabitliyin, inkişafın və dövlətçiliyin təməlindədir. Bu imza – hər bir azərbaycanlının qürur mənbəyidir.

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə, heç şübhəsiz, xalqımızın birliyinin, Ordumuzun şücaətinin və Prezident İlham Əliyevin sarsılmaz liderliyinin təntənəsidir. Bu Qələbə ilə təkcə torpaqlarımız azad edilmədi, həm də milli qürurumuz, tarixi ədalət və suverenliyimiz bərpa olundu. Zəfərin siyasi, hərbi və mənəvi memarı məhz Prezident İlham Əliyevdir. O, bu tarixin müəllifidir.

Bu gün artıq azad olunmuş ərazilərimizdə yeni bir həyat başlayıb. Ağıllı kəndlər salınır, müasir infrastruktur qurulur, yollar, məktəblər, xəstəxanalar, sənaye zonaları ardıcıl şəkildə istifadəyə verilir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu bərpa və quruculuq prosesi, əslində, yeni Azərbaycanın, yenidən doğulan Qarabağın gələcəyinin altına atılan yeni bir imzadır.

Bu baxımdan Laçın Beynəlxalq Hava Limanının açılışı sadəcə mühüm bir nəqliyyat layihəsi deyil, həm də dövlətimizin gücünün, iradəsinin və strateji baxışının rəmzidir. Çətin dağlıq ərazidə tikilən bu hava limanı – Qayıdışın, İnkişafın və Suverenliyin göylərə yüksələn simvoludur. Laçın səmasında süzülən hər bir təyyarə, əslində, bir xalqın qələbəsini, bir liderin imzasını daşıyır.

Prezident İlham Əliyevin siyasi kursu Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmiş, ölkəmizi regionda və beynəlxalq aləmdə söz sahibi bir dövlətə çevirmişdir. Onun rəhbərliyi ilə Azərbaycan bugün regionda sülh, təhlükəsizlik və əməkdaşlıq platformasına çevrilmişdir. Milli maraqları hər şeydən üstün tutan bu siyasət xalqın etimadına əsaslanır və bu etimadın təməlində Lider-Xalq birliyi dayanır.

Vətəndaş cəmiyyəti nümayəndələri olaraq, biz də bu inkişaf yolunun davamlı və dayanıqlı olması üçün üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Bu sabitliyin, bu uğurların əsasında bir şəxs – Prezident İlham Əliyev dayanır. Onun liderliyi Azərbaycanın gələcəyini təmin edən başlıca qüvvədir.

Böyük dövlətçilik təfəkkürü, prinsipial mövqeyi və daim yeniləşən strateji baxışı ilə Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün regionun siyasi mənzərəsini formalaşdıran aparıcı liderə çevrilmişdir. Onun hər bir qərarı ölkəmizi daha da yüksəklərə aparır, dövlətçiliyimizi daha da gücləndirir.

Bu yolda Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayan, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın da xidmətləri xüsusilə qeyd olunmalıdır. Onun humanitar, sosial və mədəni sahələrdəki fəaliyyətləri, beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artmasında oynadığı rol əvəzsizdir. Mehriban xanım Əliyeva milli birliyin və mənəvi dəyərlərin qoruyucusu kimi bu tarixi imzanın tamamlayıcısıdır.

Bu gün tarixi dəyişən qərarların, böyük Qələbələrin və yüksəlişin arxasında bir imza dayanır. Bu – xalqın etimadını doğruldan, milli maraqları uca tutan, gələcəyi formalaşdıran Liderin – Prezident İlham Əliyevin imzasıdır. Bu imza – Güclü Liderin, Güclü Azərbaycanın imzasıdır!

Xəyyam Əsgərov
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 May 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri