Güclü ordu, Türk dövlətləri ilə hərbi əməkdaşlıq... Prezidentdən MESAJLAR
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın xarici və daxili siyasəti baxımından mühüm istiqamətlər aydın şəkildə ifadə olundu”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, xarici siyasət istiqamətlərindən biri də beynəlxalq hüququn faktiki olaraq işləmədiyi, mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə Türk dövlətləri ilə münasibətlərin və yaxın tərəfdaşlığın xüsusi əhəmiyyət daşımasıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu əməkdaşlıq digər sahələrlə yanaşı, hərbi əməkdaşlıq və koordinasiya müstəvisində də daha da gücləndirilməlidir. Müsahibimiz hesab edir ki, bu baxımdan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi gündəmdə olan vacib məsələlərdəndir:
“Bu cür təlimlər heç bir konkret tərəfə qarşı yönəlməyib və yalnız mövcud, eləcə də potensial gözlənilən və gözlənilməz təhdidlərə adekvat hazırlıq məqsədi daşıyır. TDT-nin fəal və təşəbbüskar üzvü kimi Azərbaycan Qarabağ Zəfərindən sonra formalaşdırdığı yeni reallıqlarla Türk dünyası üçün də mühüm nümunə yaradıb, təşkilat daxilində özünəinamı əhəmiyyətli dərəcədə gücləndirib. Türkiyə ilə rəsmi müttəfiqlik formatında qurulan strateji və hərbi əməkdaşlığın, qarşılıqlı hərbi yardım mexanizmlərinin Türk dünyasının digər dövlətləri ilə də sistemli şəkildə inkişaf etdirilməsi artıq zərurətə çevrilib”.
Siyasi şərhçi bildirib ki, müsahibədə diqqət çəkən digər mühüm məqam Rusiya-Ukrayna müharibəsi fonunda Avropa dövlətlərinin və ABŞ-nin Moskva ilə əməkdaşlıq edən ölkələrə qarşı sərgilədiyi sərt mövqeyə dair idi. Dediyinə görə, Qərb dövlətləri Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirən ölkələrə qarşı sanksiyalar və təzyiq dili ilə çıxış etsə də, bu yanaşmanın selektiv xarakter daşıdığı açıq şəkildə görünür:

Elmir Səftərov: TDT ölkələri arasında birgə hərbi təlimlərin keçirilməsi gündəmdə olan vacib məsələlərdəndir
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, müharibə başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları olduğu halda, cəmi iki il sonra bu rəqəm 12 milyard dollara yüksəlib.
Bu fakt fonunda Avropa İttifaqı ilə Ermənistan arasında keçirilən Tərəfdaşlıq Şurasının VI iclası nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi, viza prosedurlarının sadələşdirilməsi, müxtəlif adlar altında ayrılan maliyyə vəsaitləri və siyasi-iqtisadi dəstək anlaşılan deyil. Çünki faktiki olaraq Ermənistan Qərbin düşmən və rəqibi olan Rusiyanın sanksiyalardan yayınmasına yardım edir. Buna baxmayaraq, ABŞ və Avropa strukturları bu məsələyə münasibətdə konkret addımlar atmır, sanksiyalar mövzusunu gündəmə gətirmir və problemi görməzdən gəlir. Bu isə onu göstərir ki, Rusiyanın Ermənistan vasitəsilə sanksiyalardan yayınması Qərb tərəfindən faktiki olaraq qəbul edilən bir vəziyyət kimi dəyərləndirilir”.
Həmsöhbətimiz qeyd edib ki, prezident İlham Əliyev müharibə başa çatsa belə, arxayınlaşmağın yolverilməz olduğunu vurğulayıb:
“Daim güclü və hazırlıqlı olmaq, bütün çağırışlara vaxtında və adekvat cavab vermək vacibdir. Bu baxımdan Azərbaycanın hərbi potensialının ardıcıl şəkildə gücləndirilməsi prioritet olaraq qalır. Azərbaycan Ordusunun ildən-ilə artan gücü ölkənin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır”.
“Beynəlxalq hüququn işləmədiyi bir dövrdə güclü olmaq artıq seçim deyil, zərurətdir. Çünki nə qədər haqlı mövqedə olursan ol, müasir dünyada hərbi baxımdan güclü olmaq əsas şərtdir”, - deyə Elmir Səftərov əlavə edib.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















