Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Prezidentdən NÖVBƏTİ CİDDİ MESAJLAR TƏHLİL

Prezidentdən NÖVBƏTİ CİDDİ MESAJLAR TƏHLİL

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin hər dəfə çıxışında, nitqində müvafiq mesajlar verdiyinin hər kəs şahididir. Həmin mesajların tutarlı arqumentlərə, faktlara əsaslanılaraq verildiyi də hər dəfə öz təsdiqini tapıb. Məhz nəqliyyat məsələlərinə həsr olunmuş və 28 yanvar tarixində keçirilən müşavirədə də dövlətimizin başçısının hansı ciddi mesajlar verdiyi və həmin mesajların kimlərə ünvanlandığı da bəllidir. Əminik ki, Azərbaycan Prezidentinin mesajlarından artıq kifayət qədər nəticə çıxarılıb və həmin mesajlar kimlərə ünvanlanıbsa onlar dərhal öz “hesablarını” götürüblər.

Geosiyasi məsələlərlə bağlı qeyd olunanlar qlobal müstəvidə kifayət qədər təsirli olub və həmin mesajlardan öz “payını” götürənlər az deyillər

Sözsüz ki, ölkə rəhbərimizin nitqində ilk növbədə, geosiyasi məsələlərlə bağlı fikirlər, təsdiq olunmuş faktlara istinadən qeyd olunan məqamlar qlobal müstəvidə kifayət qədər təsirli olub, çünki həmin mesajlardan beynəlxalq aləmdə öz “payını” götürənlər az deyillər. Hər halda, öz coğrafi mövqeyindən ölkəmizin səmərəli istifadə edə bildiyini dövlət başçımızın qeyd etməsi məhz beynəlxalq müstəvidə “çoxları üçün” anlaşılandır. “Biz ardıcıl olaraq Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə maraq göstərmişik, bunun üçün səylər göstərmişik, əməli işlər görmüşük”, deyə qeyd edən Azərbaycan Prezidenti ilk növbədə diqqətə çatdırıb ki, bizim ölkəmiz öz fəaliyyətini səmərəli, düşünülmüş, planlaşdırılmış şəkildə qurub, bu istiqamətdə dövlətimizin gördüyü işlər də göz önündədir və digər sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də Azərbaycan öz məqsədlərinə nail olmaqdadır. Hətta, bütün bunlar əldə olunan müsbət nəticələrin və tendensiyaların məhz bundan sonra da yeni-yeni nailiyyətlərə yol açacağına əminliyimizin əsassız və əbəs yerə olmadığının təsdiqidir.

Hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bizim ərazimizdən keçdiyini diqqətə çatdıran cənab İlham Əliyev bu dəhlizlərlə daşınan yüklərin həcminin ildən-ilə artdığını da əbəs yerə xatırlatmayıb. Həmçinin ölkəmizin həm fiziki infrastrukturunun yaradılması, həm də yüklərin daha səmərəli daşınması istiqamətində atdığı digər addımlar da dövlətimizin başçısı tərəfindən yerində vurğulanıb. Bu məqamda diqqətə çatdıraq ki, xüsusən də rəqəmsallaşma məsələlərində ölkəmizin səylərinin qeyd edilməsi də tamamilə yerinə düşüb. “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərində işlərin davam etdirildiyini qeyd edən cənab Prezident gələcəkdə yükdaşımalarda gözlənilən artımı da tam yerində diqqətə çatdırıb. “Bu məsələ müxtəlif səbəblərlə bağlıdır. Amma fakt odur ki, biz bu dəhlizlərin imkanlarını artırmaq üçün indi əlavə investisiya cəlb etmişik və cəlb edəcəyik”, deyə vurğulayan ölkə rəhbərimiz bununla ümumilikdə beynəlxalq oyunçulara, xüsusən də Azərbaycanın həmin nəqliyyat məsələlərinə nə vaxtsa mane olmaq istəyənlərə çox ciddi mesajlar ünvanlayıb.

Hansısa qlobal aktorların belə göstərdikləri müqavimətin mənasız, təsirsiz, eləcə də yersiz olduğu kəskin şəkildə, özü də qətiyyətlə bəyan edilib

Xüsusilə diqqətə çatdıraq ki, cənab Prezident İlham Əliyev məhz Bakı-Tbilisi-Qars dəmir yolunun rolunu da qeyd edərək, bu layihənin həyata keçirilməsində Amerika Birləşmiş Ştatlarının göstərdiyi böyük “müqaviməti” də əbəs yerə vurğulamayıb. Dövlət başçımız məhz bu istiqamətdə rəsmi Vaşinqtonun ermənipərəst siyasətini aydın şəkildə göstərib və eyni zamanda, bu layihənin Ermənistanı “kənarda” qoyacağını onların düşündüyünü də yerindəcə qeyd edib. Ölkə rəhbərimiz açıq şəkildə bildirib ki, hansısa maneələr yaratmaq üçün Amerika hökuməti ciddi cəhdlər göstərib, amma bizim işimizə mane ola bilməyib. “Amerika hökuməti Gürcüstanın o vaxtkı rəhbərliyinə çox ciddi təzyiq göstərdi ki, bununla razılaşmasın. Biz bir neçə ildir ki, Gürcüstan tərəfi ilə danışıqlar aparırıq və nəhayət, razılığa gələ bildik”, deyə qeyd edən Azərbaycan Prezidenti, nəticədə ölkəmizin öz məqsədlərinə nail olduğunu, kimlərinsə, hansısa qlobal aktorların belə göstərdikləri müqavimətin mənasız, təsirsiz, eləcə də yersiz olduğunu kəskin şəkildə, özü də qətiyyətlə bəyan edib. “Mən şəxsən Amerika hökumətinin yüksək rütbəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişəm və onlara demişəm ki, onlar bizə maneə yaratmasınlar”, deməklə, dövlət başçımız yerindəcə müvafiq xatırlatmalar da edib. Bu xatırlatmalar özü çox ciddi mesajlardır və qlobal müstəvidə həmin mesajların öz “sahibinə” çatdığı zərrə qədər də şübhə doğurmur.

Bizim hər zaman olduğu kimi, yenə də haqlı olduğumuz barədə çox ciddi mesaj verilib

Dövlət başçımız vurğuladığı məqamlarla bir daha isbat edib ki, hər zaman olduğu kimi, bizim ölkəmiz, ölkə rəhbərimiz yenə də haqlıdır. Azərbaycan Prezidenti çox aydın şəkildə, özü də qətiyyətlə bəyan edib ki, bizim üçün strateji əhəmiyyət kəsb edən bu layihənin gələcəkdə digər ölkələr, o cümlədən onların müttəfiqləri üçün də faydalı olacağını tam zamanında çoxlarının, xüsusən də amerikalıların diqqətinə çatdırıb. “Həyat göstərdi ki, biz həmişəki kimi haqlıyıq. Bu gün Amerikanın Avropadakı tərəfdaşları Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərirlər”, deyə vurğulayan cənab Prezident təkzibedilməz reallıqları ortaya qoyub. Dövlət başçımız bununla da bizim öz məqsədlərimizə çatdığımızı, doğru yolda olduğumuzu bir daha bəyan edib. Bax elə bunlar nəzərdən qaça bilməyən mesajlardır.

“Bir vaxtlar ABŞ Dövlət Departamentinin həmin rəsmiləri bizim əleyhimizə danışırdılar və mən onların indi harada olduqlarını bilirəm, onların adları tarixdə qalmayıb, lakin biz isə güclü iradə nümayiş etdirərək buna nail olmuşuq”, deməklə, cənab İlham Əliyev ölkəmizin, ölkə rəhbərimizin güclü iradə sahibi olduğunu bəyan edib. Daha dəqiq desək, əleyhimizdə olanların hər zaman güclü iradə ilə qarşılaşacaqları mesajı verilib. Əslində, həqiqətən də bu vaxta qədər ölkəmizlə bağlı “istədiklərini” edə bilməyənlərin uğursuzluğu, bizə mane olmaq üçün səylərin uğursuz olmasının əsas səbəbi ölkə rəhbərimizin güclü oradə, qətiyyət sahibi olmasıdır və bizim nailiyyətlərimizin kökündə də məhz bu dayanır. Bax elə dövlət başçımızın bəyan etdiklərində də bu mesaj tam zamanında çatdırılır. Çatdırılır ki, istənilən maneənin, kənar müdaxilələrin, “müqavimətin” olmasına, kənardan çətinliklərin yaradılmasına baxmayaraq, Azərbaycan hər zaman istədiyinə, milli və hətta regional maraqların təmin olunmasına nail olmaq əzmindədir.

Zəngəzur dəhlizi məsələsi ilə bağlı verilən ciddi mesajlar da siyasi iradənin təzahürüdür

Azərbaycan Prezidenti Zəngəzur dəhlizi məsələsinə də böyük siyasi uzaqgörənliklə toxunub və bu məsələdə də ölkəmizin, xüsusən də özünün dəyişməz mövqeyini, siyasi iradə və qətiyyət sahibi olduğunu bir da xatırladıb. “Zəngəzur dəhlizi” adı beynəlxalq leksikona daxil edilərək, dünyada hamılıqla qəbul olunmuş terminə çevrilib”, deyə bəyan edən cənab İlham Əliyev məhz İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbəmizdən sonra Azərbaycanın irəli sürdüyü bu layihənin beynəlxalq gündəliyə daxil edildiyini də çoxlarının diqqətinə çatdırıb. Bunu qəbul etmək istəməyənlər üçün dövlət başçımızın dedikləri əslində, bir mesaj, özü də çox ciddi mesajdır. Bəli, indi hansısa “saman çopünə ümid edənlər” kimi, hayların reallıqları görməməsinə, daha doğrusu reallıqları görməməzliyə vurmasına cavab olaraq bildirilib ki, onlar həqiqətləri, reallıqları nə qədər təkzib etməyə çalışsalar da, mənasızdır. Əslində, bütün dünyanın bir çox həqiqətləri qəbul etdiyi, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı terminin belə qəbul edildiyi barədə dövlət başçımız tərəfindən deyilənlər haylar üçün, Ermənistan üçün, hayların dünyaya səpələnmiş lobbiləri, diasporları, bütövlükdə erməni cəmiyyəti üçün dərs olmalı, unudulmamalı, yaxşıca hesablaşılmalı olan bir məqam olaraq ciddi mesajdır. Heç şübhəsiz ki, ağlı başında olan ermənilər bunun, bu mesajın nə demək olduğunu yaxşı başa düşə bilərlər. Başa düşə bilərlər ki, nə qədər “çabalasalar” da, nə qədər “vurnuxsalar” da reallıq, özü də Azərbaycanın yaratdığı yeni reallıq artıq bütün dünyada qəbul olunub və onların bundan sonrakı səyləri mənasızdır.

Ermənistan tərəfinin artıq dörd ildən artıq müddətdə qeyri-konstruktiv yanaşması da ölkə rəhbərimiz tərəfindən bildirildi və əminik ki, bu mesajı rəsmi İrəvan yaxşıca anlamış oldu. Bir daha anlamış oldu ki, hərhansı manipulyasiyalarını, mənasız, “rabitəsiz” davranışlarını belə heç də düşündükləri kimi göstərə bilməzlər və reallıqlar qarşısında aciz qaldıqları, bundan sonra da eləcə qalacaqları zərrə qədər də şübhə doğura bilməz. Dövlətimizin başçısının dediklərindən, xüsusən də, noyabrın 10-da məhz təslim olduqdan sonra Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri, ələlxüsus da, nəqliyyatın təmin edilməsini faktiki olaraq yerinə yetirmədiyi barədə iradlarından nəticə çıxarmalı olan haylar bütün bunları elə ciddi mesaj olaraq qəbul etməlidirlər və edirlər də. Çünki başa düşürlər ki, nə düşünmələrindən, hansı məkirli planlar qurmalarından asılı olmayaraq, bu dəhlizin açılması üçün Azərbaycan tərəfi onsuz da əməli addımlar atır və buna da nail olacaq. Hər halda, müşavirədə ölkə rəhbərimizin dediklərindən doğru-düzgün nəticə çıxararlar, çünki bilirlər ki, Azərbaycan lideri verdiyi bütün vədləri tam zamanında yerinə yetirir və bununla bağlı kifayət qədər “təcrübələri” də var.

“Sülh kəsişməsi” adlı qondarma layihələrinin belə Azərbaycansız tamamilə dəyərsiz olduğu, ölkəmizlə hesablaşmalı olduqları mesajı verilib

Müşavirədə dövlətimizin başçısının məhz Ermənistanın irəli sürdüyü “sülh kəsişməsi” adlı layihəsinə də siyasi ustalıqla toxunması belə hayların diqqətindən yayına bilməz. Çünki onlar aldıqları ciddi mesajlardan artıq başa düşürlər ki, həqiqətən də, cənab Prezidentin dediyi kimi, həmin layihə yalnız Zəngəzur dəhlizinin açılması ilə reallaşa bilər. “Azərbaycansız bu “layihə”nin bir qəpik də dəyəri yoxdur”, deyə bəyan edən Prezidentimiz xüsusilə vurğulayıb ki, əgər həqiqətən də Ermənistanda bu layihəni reallaşdırmaq istəyirlərsə, birinci növbədə onlar Azərbaycana müraciət etməlidirlər. Deməli, ölkə rəhbərimiz bir daha erməni cəmiyyətinə, Ermənistana ciddi mesajlar verir ki, onların uydurduqları layihə Azərbaycansız qondarma bir layihədən başqa heç nə deyil. Bir sözlə, Azərbaycanla “hesablaşmalı” olduqları xatırladılır.

“Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməklə, Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir”, deyə vurğulayan Prezident İlham Əliyev eyni zamanda, məhz müqavilənin şərtlərinə əməl etməyə də Ermənistanın borclu olduğu barədə bildirib. Daha dəqiq desək, beynəlxalq hüququn norma və prinspləri barədə də rəsmi İrəvana, Paşinyan hakimiyyətinə “dərs verilir”. Nəzərdən qaçırmaq lazım deyil ki, bu həm dərs, həm də ciddi mesajdır. Beləki, əgər danışıqlar aparmaq sayəsində müharibənin dayandırılması, haylara məxsus olan hərbçilərin onların özləri tərəfindən qırğına verilməsinin qarşısının alınması mümkün olubsa, deməli, onlar həmin danışıqların şərtlərinə əməl etməlidirlər və əgər əməl edilməzsə, bilməlidirlər ki, belə olan halda Azərbaycan tərəfinin də öz öhdəlikləri ilə əlaqədar razılaşması tamamilə qüvvədən düşmüş olur, hansıki belə olan halda müharibənin dayandırılması məsələsi də “sual altında” qalır. Ermənistan tərəfini qorxuya salan da məhz budur və onların manipulyasiyalarla, hiyləgərliklə vaxt uzatmalarının özlərinin əleyhində olduğunun və bundan sonra da olacağının nə qədər tez fərqində olmaları öz xeyirlərinədir. Məsələ burasındadır ki, ölkə rəhbərimiz, cənab İlham Əliyev elə bütün bu sadalananları nəzərə çatdıraraq, haylara məsələnin mahiyyətini xatırladıb. Bu isə yenə də ciddi mesajlar olaraq bilinməkdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see278

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see183

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see178

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see140

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see130

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see130

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see129

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see128

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see128

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see127

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see126

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see124

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see121

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see120

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri