Güclü qar Gürcüstanda fəsadlara səbəb olub Yollar bağlanıb, aviareyslər təxirə salınıb
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Güclü qar Gürcüstanın bir sıra bölgələrində fəsadlara səbəb olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ölkənin xüsusilə də qərb bölgəsinə yağan qar evlərin damına zərər vurub, beynəlxalq əhəmiyyətli yollar bağlanıb.
Qar örtüyünün çox olması nəticəsində Batumi Beynəlxalq Hava Limanının mərkəzi girişinin damını uçub. Hadisə zamanı xəsarət alan olmmdığı bildirilir. Bununla belə, çətin meteoroloji şəraitə görə hava limanından aviareyslər təxirə salınıb.
Ozurgeti bələdiyyəsində isə orta yaşlı kişinin yıxılaraq öldüyü bildirilib.
Qar səbəbilə Gürcüstan-Rusiya, Gürcüstan-Türkiyə istiqamətindəki bir sıra beynəlxalq əhəmiyyətli magistrallarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Fevral 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















