Gürcüstanda güclü qar səbəbindən Paravni aşırımı bağlanıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanda güclü qar səbəbindən Paravni (Pərvanə) aşırımı bağlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra avtomobil yollarında nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Müvafiq qurumların məlumatına görə, çovğun, qar yığınları və məhdud görüntü səbəbindən Koda–Partskhisi–Manglisi–Tsalka–Ninotsminda avtomobil yolunun 94–110-cu kilometrləri (Paravni aşırımı) üzrə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
Bununla yanaşı, həmin yolun 110–146-cı kilometrləri arasında qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə bu hissədə sərbəstdir.
Məlumata görə, avtomobil yolunun 1-93-cü kilometrləri (Koda–Ayazma) nəqliyyatın hərəkəti üçün tam açıqdır.
Qurumlar sürücülərə hava şəraitini nəzərə alaraq səfərlərini planlaşdırmağı və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 05 Fevral 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















