Güclü qar planları pozsa da... Tura baxış
Icma.az bildirir, Fanat-ə istinadən Güclü qar planları pozsa da... Tura baxış.
Bakıya və bölgələrə yağan güclü qar Misli Premyer Liqasının 24-cü turunun oyunlarının keçirilməsinə ciddi əngəl törətdi. CBC Sport telekanalının Şamaxıya gedən yolun yarısından qayıtması yerli komandanın “Turan Tovuz”la görüşünün canlı yayımlanmamasına və oyunda VAR-ın işləməməsinə səbəb oldu. Bununla belə PFL görüşü təxirə salmadı. “Zirə”ylə “Kəpəz”in qarşılaşması bir neçə dəfə təxirə salındı. Ən diqqətçəkən məqam o oldu ki, qar turun məhsuldarlığına da ciddi təsir göstərdi. Belə ki, 24-cü turun beş oyununda qapılara cəmi altı qol vuruldu.
“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3-pen.
"Neftçi": 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 23. Robert Bauer, 22. Dembo Darboe, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 23. Ronaldo Vaskez, 9. Bobir Abduxoliqov.
Baş məşqçi: Vaqif Cavadov.
“Neftçi” çətin də olsa, növbəti qələbəsini qazana bildi. Sonuncu qələbəsini elə “Neftçi” üzərində qazanan “Sumqayıt” paytaxtdakı görüşdə o qədər də pis təsir bağışlamadı. Soyuq havanın müşayəti ilə keçən qarşılaşmada əsad diqqətçəkən məqam hakimin mübahisəli qərarları oldu. Elə görüşün taleyini də məhz baş hakim Tural Qurbanovun yetərincə mübahisəyə səbəb olan qərarı həll etdi. Oyunun əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə Elvin Bədəlovun Ağadadaş Salyanskiyə müdaxiləsini Qurbanov penalti kimi qiymətləndirdi. “Nöqtə”yə yaxınlaşan Ozobiç topu tora qovuşdurmaqla “Neftçi”yə vacib 3 xal qazandırdı.
Qeyd edək ki, həmin epizoda qədər daha iki epizodda komandalar hakimdən penalti tələb etmişdi. Bir epizodda “Sumqayıt”, digərində isə “Neftçi” baş hakimin penalti təyin edəcəyinə ümid etsə də, Tural Qurbanovun fiti susmuşdu. Hiss olunurdu ki, Tural Qurbanov görüşü idarə etməyə, cəsarətli qərarlar verməyə çətinlik çəkir. Bu da son həftələtdə adət etdiyimiz görüntüdür.
Qələbə sayəsində xalını 27-ə çatdıran “Neftçi” 6-cı pillədə bir qədər möhkəmlənməyi bacardı. “Sumqayıt” isə 22 xal toplayıb və 7-ci sıradadır.
“Araz-Naxçıvan” – “Səbail” 0:0
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
“Səbail”: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitri Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 99. İnnosent Nşuti.
Baş məşqçi: Cavid Hüseynov.
“Neftçi” “Sumqayıt”la görüşün taleyini penalti qolunun sayəsində həll etdisə, “Araz Naxçıvan”ın “Səbail”lə qarşılaşmasında qapılaran heç birinə penalti təyin olunmadı. Belədə onsuz da qol vurmağa çətinlik çəkən komandalar da meydandan qolsuz bərabərliklə ayrıldılar. 90 dəqiqə ərzində tərəflərin barmaqla sayılacaq qədər nadir qol imkanları oldu ki, həmin epizodlarda da “çərçivə”yə dəqiq zərbə vurmaq mümkün olmadı. Belədə qol hesabını aça bilməyən tərəflər də 1 xalla kifayətləndilər.
Ümumiyyətlə, son turlarda “Araz Naxçıvan”ın gerilədiyi hiss olunur. Heç də təsadüfi deyil ki, “Zirə” bu tur xalını “Araz Naxçıvan”la xallarını bərabərləşdirməklə 2-ci pilləni ələ keçirdi. 45 xallı “Araz Naxçıvan” artıq 3-cü sıraya geriləyib. 1 xal “Səbail” üçün uğur sayılsa da, bu xal sonuncu pilləni tərk etməyə kifayət etmədi. “Dənizçilər” 18 xalla sonuncu pillədə qərarlaşıb.
“Qarabağ” – “Sabah” 1:1
Qollar: Abdullah Zubir, 17 - Cesse Sekidika, 35
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 9. Kadi Borges, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
“Sabah”: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 20. Coy Lens Mikels, 3. Con İrasabal, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Şənbə gününün ikinci qarşılaşmasında da qalib müəyyənləşmədi. Respublika stadionunda keçirilən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənib, bir xal qazandılar. Turun mərkəzi qarşılaşması sayılan görüşdə hesabı meydan sahibləri açdı. Zubir 17-ci dəqiqədə əlinə düşən fürsəti dəyərləndirərək “Qarabağ”ı önə keçirdi. “Sabah” isə təslim olmayaraq fasiləyə qədər cavab qolunu vurmağı bacardı. Cesse Sekidika 35-ci dəqiqədə Şahruddini və “Qarabağ” azarkeşlərini məyus etdi. Tərəflər ikinci hissədə soyuq havanın da təsiri ilə bir qədər cansıxıcı oyuna üstünlük verdilər ki, belədə görüşdə başqa qol olmadı.
57 xallı “Qarabağ” turnir cədvəlinə inamla başçılıq edir. 33 xalla 5-ci pillədə qərarlaşan “Sabah” isə mükafatçılar sırasında xeyli uzaq düşüb.
“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: Aleks Souza, 30.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev.
Baş məşqçi: Ayxan Abbasov.
“Turan Tovuz”: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
Şamaxıdakı oyunun ətrafında əməlli-başlı ajiotaj yarandı. Bunun da səbəbi CBC Sportun çəkiliş qrupunun mənzilbaşına çata bilməməsi oldu. Qarşılaşmanın başlamasına saatlar qala məlum oldu ki, oyun canlı yayımlanmayacaq və VAR sistemi işləməyəcək. Bu isə qonaqların narazılığına səbəb oldu. İş o yerə gəlib çatdı ki, qərb klubu oyunun təxirə salınmasını tələb etdi. İddia edilirdi ki, hakimlər fürsətdən istifadə edib, “Turan Tovuz”u büdrədəcəklər. Klubun bu bəyanatına AFFA-nın cavabı keçikmədi və qətiyyətlə bildirildi ki, görüş təxirə salınmayacaq.
Qarşılaşma təyin edilən vaxtda keçirildi və “Turan Tovuz”un narahatlığı özünü doğrultmadı. Souzanın 30-cu dəqiqədə vurduğu qol qonaq komandaya qələbə qazandırdı. Bununla da qərb təmsilçisi avrokuboklara vəsiqə qazanmaq yolunda əhəmiyyətli addım atdı. “Turan Tovuz” 42 xalla 4-cü sıradadır. Artıq “Araz Naxçıvan”la Tovuz təmsilçisini cəmi 3 xal ayırır. Səkkizinçi yerdəki “Şamaxı”nın 21 xalı var.
"Zirə" - "Kəpəz" 2:0
Qollar: Rafael Utziq, 61. Rüstəm Əhmədzadə, 90+2.
“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov.
Turun vacib qələbələrindən birini də “Zirə” qazandı. Görüşün əhəmiyyətini anlayan qəsəbə təmsilçisi güclü qarın fəsadlarını aradan qaldırmaq üçün də səfərbər olmuşdu. Bazar günü keçirilməsi mümkün olmayan görüş ertəsi gün də iki dəfə təxirə salındı. Nəhayət ki, bazar ertəsi 19:00-da Rauf Cabbarovun start fiti səsləndə. Onun final fiti isə “Zirə”nin 2:0 hesablı qələbəsini rəsmiləşdirdi. İlk yarısı qolsuz keçən görüşün ikinci hissəsində meydan sahibləri iki dəfə fərqlənməyi bacardılar. Əvvəlcə Utziq “qol pərdəsi”nin açdı. Son saniyələrdə isə Rüstəm Əhmədzadə adını tabloya yazdırdı.
Xalını “Araz Naxçıvan”la bərabərləşdirən “Zirə” topların daha yaxşı fərqinə görə 2-ci pilləni ələ keçirdi. Qəsəbə təmsilçisi 24 tur ərzində 45 xal toplayıb. “Kəpəz” isə Premyer Liqanı tərk etmək təhlükəsindən xilas olmayıb. 19 xalı olan Gəncə təmsilçisi sonuncu pillədəki “Səbail”i cəmi bir xal qabaqlayır.
Amal Abuşov

