Icma.az
close
up
RU
İkinci tura qaldı...

İkinci tura qaldı...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polşada prezident seçkilərində hakim koalisiyanın namizədi öndədir

Ötən həftənin sonunda Avropanın bəzi ölkələrində önəmli siyasi hadisələr baş verib. Xüsusilə, müəyyən ölkələrdə  seçkilərin keçirilməsi diqqət mərkəzində olub. Belə ki, mayın 18-də Polşada baş tutan prezident seçkiləri seçici fəallığı ilə rekord təşkil edib.

Əvvəlcə qeyd edək ki, Polşada səsvermə hüququna malik olan 29 milyonadək seçici var. Prezidentlik uğrunda 13 namizəd mübarizə aparsa da, əsas rəqiblər “Hüquq və Ədalət” partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navroçki və  hakim koalisiyanın dəstəklədiyi Varşava meri Rafal Trzaskovski hesab olunurdu.

Seçici fəallığı baxımından rekord göstərici...

Polşada keçirilən prezident seçkilərində seçici fəallığı rekord göstərici - 66,8 faiz təşkil edib. “Exit-poll” məlumatları da bu reallığı əks etdirir.

Əvvəlki rekord 2020-ci ildə qeydə alınıb, o zaman Polşa prezident seçkilərində seçici siyahılarında olan seçicilərin 64,51 faizi, 2015-ci ildə 48,96 faizi, 2010-cu ildə isə 54,94 faizi səs verib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Polşada keçirilən prezident seçkilərində namizədlərdən heç biri lazımi səs çoxluğunu toplaya bilməyib. Ən çox səs toplayan iki namizəd iyunun 1-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

İfrat sağçılar kənarda qaldı

İlkin nəticələrə əsasən, Baş nazir Donald Tuskun rəhbərlik etdiyi siyasi düşərgənin namizədi, liberal-mühafizəkar Rafal Trzaskovski səslərin 30,8 faizini toplayaraq birinci yerdədir. Mühafizəkar Hüquq və Ədalət Partiyasının (PiS) namizədi Karol Navroçki isə 29,1 faiz səs toplayıb. Hər iki namizəd birinci turda mütləq əksəriyyəti əldə edə bilmədiyi üçün mübarizəni ikinci turda davam etdirəcək. Üçüncü yeri isə 15,4 faiz səslə ifrat sağçı “Konfederacya” partiyasının namizədi Slavomir Mentzen tutub.

Seçkilərdə “Tusk amili”

Hakim koalisiyanın namizədi Rafal Trzaskovskinin seçkilərin birinci turunda öndə olmasını Baş nazir Donald Tuskun siyasi nüfuzu ilə əlaqələndirmək də mümkündür. Belə ki, Tusk nəinki Polşada, bütövlükdə Avropada böyük reytinqə malik olan siyasi xadimdir. O, hələ ilk dəfə 2007-2014-cü illərdə Polşanın Baş naziri vəzifəsində çalışıb. Avropa məkanında yüksək siyasi nüfuzu sayəsində Tusk 2014-2019-cu illərdə Avropa İttifaqı Şurasının Prezidenti postuna yüksələ bilib. Tusk 2023-cü il dekabrın 13-dən isə yenidən Polşanın Baş naziri vəzifəsini daşıyır.

Xatırladaq ki, Polşada prezident beş il müddətinə seçilir. Geniş səlahiyyətləri olan prezident ölkəni yalnız xaricdə təmsil etmir, həm də xarici siyasətə təsir edir, Baş naziri və hökumət üzvlərini təyin edir, həmçinin müharibə vəziyyətində Silahlı Qüvvələrin Baş Komandanı funksiyasını yerinə yetirir.

N. BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri