Güclü yağıntılar Aran bölgəsində çayların səviyyəsini yüksəltdi
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Güclü yağıntılar Aran bölgəsində çayların səviyyəsinin artmasına səbəb olub.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, son saatlarda yağan güclü yağışlar Aran bölgəsində çayların su ehtiyatlarının artmasına gətirib çıxarıb. Kür çayında suyun səviyyəsində nəzərəçarpacaq artım müşahidə olunub.
Belə ki, Yevlax rayonu ərazisində 3 santimetr, Zərdab rayonu ərazisində isə 28 santimetr yüksəlmə qeydə alınıb.
Eyni zamanda Ağdaş rayonu istiqamətində yerləşən Türyançayda da axın həcmi əhəmiyyətli dərəcədə artıb. Əgər normal şəraitdə saniyədə 10-12 kubmetr su axını müşahidə olunurdusa, yağıntılar nəticəsində bu göstərici hazırda saniyədə 40 kubmetrə çatıb.
Çaylarda artan su ehtiyatları Mingəçevir Su Anbarında da hiss olunub. Son saatlarda su səviyyəsi burada 5 santimetr yüksəlib. Mütəxəssislər bildirirlər ki, bölgədə yağıntılar fasiləsiz davam etdiyindən su səviyyəsindəki dəyişikliklərin qarşıdakı saatlarda da davam etməsi mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















