Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Xəzərə çayların tökülməsini Rusiya əngəlləyir

Xəzərə çayların tökülməsini Rusiya əngəlləyir

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkmənistanın Avaza şəhərində keçirilən iclasda Azərbaycanın baş naziri Əli Əsədov Xəzəryanı regionun üzləşdiyi ciddi ekoloji çağırışlara, xüsusilə də Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsi məsələsinə diqqət çəkib.

Ə.Əsədov deyib ki, Prezident İlham Əliyev Xəzərlə bağlı prosesin səbəblərini öyrənmək və onun təsirini yumşaltmaq üçün tədbirlər hazırlamaq məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır.

Xəzərə ən böyük mənfi təsiri formalaşdıran Rusiya bir qayda olaraq problemə səthi yanaşır, nəinki prosesin qarşısının alınması istiqamətində hansısa addımlar atır, hətta əksinə, Xəzərə tökülən suyun 80-90 faizini təmin edən Volqa çayından yeni kanalların çəkilməsi planları qurur.

Rusiya tərəfi Xəzərdəki problemi bilavasitə təbii amillərlə əsaslandırmağa və özünün oynadığı mənfi rolu inkar etməyə çalışır. Xatırladaq ki, Azərbaycan və Rusiya dövlət başçısının təşəbbüsü ilə Rusiya təbii sərvətlər və ekologiya nazirinin müavini Dmitri Tetenkin, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, eləcə də hər iki ölkənin aparıcı mütəxəssislərinin daxil olduğu dövlətlərarası işçi qrupu yaradılıb.

Rusiya Su Ehtiyatları üzrə Federal Agentliyin rəhbəri Dmitri Kirillov jurnalistlərə bildirib ki, dayazlaşmanın müstəsna olaraq Rusiyanın Volqanın tənzimlənməsindəki fəaliyyəti ilə əlaqələndirilməsi “reallığa uyğun gəlməyən” yanaşmadır. Onun sözlərinə görə, sahilyanı ərazilərin yağıntıları, ümumi istiləşməsi, buxarlanması və deqradasiyası mühüm rol oynayır. Kirillov xatırladıb ki, beş ölkənin ərazisində yerləşən Xəzər dənizinə otuza yaxın çay tökülür və suyun axınının tənzimlənməsi hər yerdə aparılmalıdır. Çay qolları Xəzər dənizinin səviyyəsinin aşağı salınmasında mühüm rol oynadığından, ilk növbədə onların idarə olunması məsələsi həll edilməlidir. Xəzərin əsas çaylarının yerləşdiyi Rusiya bu qollarda suvarmanın davamlı səviyyəsini saxlamalı, axıdılan suyun kəmiyyət və keyfiyyətinə nəzarət etməlidir. Dəniz suyunu duzsuzlaşdıraraq suvarmada istifadə edən sahilyanı dövlətlər duzsuzlaşdırılacaq su həcmlərinə dair konkret normalar müəyyənləşdirməlidilər.

Qeyd edək ki, Xəzərin səviyyəsinin enməsi təkcə ekologiyaya deyil, iqtisadi fəaliyyətlərə də ciddi təsir göstərir. Limanlara gəmilərin yan alması çətinləşib. Məsələn, Lənkəran uzun illər liman şəhəri olaraq kənd təsərrüfatı məhsullarının daşınmasında mühüm rol oynayıb. Lakin sahilboyu ərazilərin quruması nəticəsində bu funksiyasını itirib və “liman şəhəri” statusu faktiki olaraq məna kəsb etmir.

Tarixdən məlumdur ki, su ehtiyatlarının düzgün idarə olunmaması böyük ekoloji fəlakətlərə yol aça bilər. Sovet dövründə Aral gölünə tökülən Amudərya və Sırdərya çaylarının suları kütləvi şəkildə pambıqçılığa yönəldildiyindən göl demək olar ki, quruyub. Eyni hal Urmiya gölündə də müşahidə olunub. Orada çay sularının əsasən kənd təsərrüfatına yönəldilməsi səbəbilə gölün səviyyəsi sürətlə enib, bu isə həm ekosistemin pozulmasına, həm də əhalinin sağlamlığına və sosial sabitliyə mənfi təsir göstərib. Quru duz təbəqəsinin əmələ gəlməsi bölgədən insanların köçünə və etnik zəmində gərginliyin artmasına səbəb olub. Belə ki, Urmiya ətrafında həm azərbaycanlılar, həm də kürdlər yaşayır.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi hüquqi və geosiyasi problemlərə də zəmin yarada bilər. Belə ki, Xəzərin hüquqi statusu hələ də tam həllini tapmayıb. Su səviyyəsi azaldıqca və sahil xətti dəyişdikcə, dövlətlər arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı mübahisələr yarana bilər. Bu isə neft yataqlarına dair iddiaların yenidən gündəmə gəlməsi ilə nəticələnə bilər. Belə ki, Azərbaycan və Türkmənistan arasında uzun illər “Kəpəz” (Türkmənistan tərəfindən “Sərdar”) yatağı ilə bağlı mövcud olmuş mübahisə bu kontekstdə xatırlanmalıdır. Bu mübahisənin əsasında Sovet İttifaqının dağılmasından sonra Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması dayanırdı. Hər iki tərəf yatağın öz su sərhədləri daxilində olduğunu iddia edirdi.

Lakin 2021-ci ildə Azərbaycan və Türkmənistan “Dostluq” adlandırılan bu yatağın birgə istismarı barədə anlaşma memorandumu imzalayaraq əhəmiyyətli irəliləyişə nail oldular. Bununla belə, əgər Xəzərin su səviyyəsi daha da aşağı düşərsə və yeni sahil zolaqları yaranarsa, həmin ərazilərə hansı ölkənin nəzarət edəcəyi yenidən mübahisə predmeti ola bilər. Bu isə Xəzərin sektorlarının yenidən bölüşdürülməsi zərurətini ortaya çıxara və yeni geosiyasi gərginliklərə səbəb ola bilər.

Ekoloji dəyişikliklər turizm sahəsinə də mənfi təsir göstərir. Məsələn, Xəzərin dayazlaşması səbəbilə Bakı bulvarında gəzinti üçün nəzərdə tutulan gəmilərin dayanacağı dəyişdirilib. Mütəxəssislər bu qərarın əsas səbəbi kimi məhz dəniz səviyyəsinin aşağı düşməsini göstərirlər.

İqtisadi coğrafiya üzrə mütəxəssis, BDU-nun professoru Çingiz İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Azərbaycan da daxil olmaqla bütün sahilyanı ölkələr üçün son dərəcə aktual və təhlükəli məsələdir:

“Bu proses iqtisadi, sosial və ekoloji problemlərə səbəb olur, yeni təhlükələr və gərginliklər yaradır. Rusiyanın bu məsələyə dair verdiyi rəsmi bəyanatların elmi və hüquqi əsası yoxdur. Son 300 il ərzində Rusiya Xəzər regionunda hegemonluq edib. Hələ Birinci Pyotrun dövründə – 1715-ci ildən dəniz ekspedisiyaları vasitəsilə şərq sahili mənimsənilib, 1722-ci ildə Mahaçqala (keçmiş Petrovsk) kimi hərbi mərkəzlər yaradılıb. Rusiya İranla müharibələr nəticəsində Dərbəndə qədərki əraziləri nəzarətə götürdü və Xəzərin həm qərb, həm də şərq sahilinə sahib oldu. SSRİ-nin süqutundan sonra isə bölgədə yeni geosiyasi reallıqlar formalaşdı və bu, Rusiyanın maraqlarına zərbə vurdu”.

Professor qeyd edir ki, Xəzərə daxil olan 130-dan çox şirin su mənbəyi arasında Volqa çayı əsas rola malikdir: “Əvvəllər bu çayın Xəzərə daxil olan suların 80 faizini təşkil etdiyi göstərilirdi. İndi bu rəqəmi 64 faiz kimi təqdim edirlər. Volqadan başqa, Rusiyadan Samur və Terek kimi bol sulu çaylar da Xəzərə tökülür. Azərbaycanın ərazisindən əsasən Kür, Qudyal, Vəlvələ, Baladı çayları axır, lakin ümumi suların cəmi 2 faizini təşkil edir. İran tərəfindən Səfidrud çayı, şərq sahilində isə Ural çayı Xəzərə daxil olur və onların payı 2-3 faiz civarındadır. Bu isə o deməkdir ki, Xəzərə daxil olan suların böyük əksəriyyəti Rusiyanın payına düşür. Həştərxan vilayətində Volqanın mindən çox qolu vasitəsilə Xəzərə su daxil olur və bu delta ərazisi Azərbaycan ərazisindən genişdir. Burada neft, balıqçılıq, turizm və əkinçilik sahələri inkişaf edib və bütün bunlar birbaşa Volqa çayı ilə bağlıdır. Suyun böyük hissəsinin suvarmada istifadəsi Volqanın səviyyəsini azaldır və nəticədə bu, Xəzərin dayazlaşmasına təsir göstərir”.

O qeyd edir ki, bu, əsas amillərdən biridir, lakin təkcə bununla izah olunmamalıdır: “Buxarlanma, iqlim dəyişiklikləri və təbii dövri enişlər də prosesə təsir edir. Hazırda həm enmə dövrü, həm də istiləşmə eyni anda baş verir. Lakin Volqa suyunun intensiv istifadəsi ən vacib təsiredici amildir”.

Ən çox zərərin Xəzərin şimal hissəsində – Qazaxıstan və Rusiyanın sahil zonalarında müşahidə olunduğunu bildirən İsmayılov əlavə edib: “Həştərxan vilayəti Volqa və Xəzərdən birbaşa asılıdır. Suyun səviyyəsinin enməsi bu bölgədə iqtisadi böhran yarada bilər. Qazaxıstanda isə əsas neft-qaz yataqları həmin sahildədə yerləşir və səviyyə düşməsi buruqların, gəmilərin, boru sisteminin fəaliyyətinə ciddi maneə törədə bilər. Azərbaycan üçün də təhlükə realdır. Bakı şəhəri və onun təsərrüfatı – neft sənayesi, balıqçılıq, turizm, nəqliyyat və liman infrastrukturu – dənizlə sıx bağlıdır. Səviyyənin düşməsi iqtisadiyyata mənfi təsir edəcək”.

Türkmənistan və İran sahillərinə təsirin nisbətən az olacağını bildirən professor deyib: “Türkmənistanda əhalinin sıxlığı aşağıdır, yaşayış məntəqələri azdır, ona görə təsir məhdud olacaq. İran sahilində isə əhali sıxdır, bu sahil zonası ölkənin əsas istirahət mərkəzidir. Yay aylarında buraya 15 milyona qədər insan gəlir. Lakin ciddi infrastruktur ziyanı gözlənilmir”.

Çingiz İsmayılov Rusiyanın hazırkı davranışını da tənqid edib: “İndi Rusiya Xəzəryanı ölkələrə eyham vurur ki, bu problemi həll etmək üçün ona müraciət etsinlər. Həmçinin Rusiyanın sahilyanı ölkələrin birgə layihələrinə, xüsusən də özünün iştirak etmədiyi təşəbbüslərə qısqanclıqla yanaşdığı müşahidə olunur. Məsələn, Transxəzər optik internet kabelinin dəniz dibi ilə çəkilməsi layihəsinə qısqanclıq göstərir. Baltik dənizində Danimarka ilə İsveç arasında baş verən kabel zədələmə hadisəsi nümunədir. Kim zəmanət verir ki, Rusiya burada da təxribat etməyəcək? Rusiyanın bu ərazidə geosiyasi maraqları var və bu maraqlar çərçivəsində hərəkət edir. Odur ki, Xəzəryanı ölkələr Rusiyanın məsuliyyətini qabartmalı və vahid mövqe ilə çıxış etməlidirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Avqust 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri