Icma.az
close
up
RU
Güclü yağış “Sovetski”də fəsadlar törətdi Sökülən evlərə bitişik mənzilləri su basdı + FOTOLAR

Güclü yağış “Sovetski”də fəsadlar törətdi Sökülən evlərə bitişik mənzilləri su basdı + FOTOLAR

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gecə Bakıya yağan güclü yağış hazırda sakinləri hissə-hissə köçürülən “Sovetski” adlanan ərazidə ciddi fəsadlar törədib. 

“Sovetski” sakini Çingiz Əliyev “Yeni Sabah”a şikayətində bildirib ki, evlərini su basıb. 

Onun sözlərinə görə, nizamsız, xaotik aparılan söküntünün bir fəsadı da elə bu yağışlarla üzə çıxıb.

Ç.Əliyev deyib ki, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5-də ağır şəkər xəstəsi olan anası ilə birlikdə yaşayır: 

“Bəlli olduğu kimi, “Sovetski”də evlərin çoxu bir-birinə bitişikdir. Söküntünü aparanlar isə buna qətiyyən fikir vermirlər. Yaxud da bilərəkdən elə sökürlər ki, qalanı da verilən təzminata “qənimətdir!” deyib baş götürüb qaçsın. Belə ki sökülən evlərin qonşuluğunda yerləşən mənzilləri su basmaqdadır. Dekabrın 5-də yağan yağış “Sovetski”də təkcə küçərlərə deyil, həm də damı-daşı dağıdılmış mənzillərin qonşuluğunda yaşayanların evinin içinə yağıb”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Sabah”a bildirilib ki, “Sovetski”də tarixi irsin qorunması prioritetdir:

“Sovetski” ərazisində təkcə dövlət reystrindən keçmiş tarixi memarlıq abidələri deyil, hətta tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin istismar müddəti başa çatmamış, tarixi görkəmə malik ümumilikdə 127 binanın qorunub saxlanılması planlaşdırılır.

“Sovetski”də rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb. Bildirilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır”.

İcra Hakimiyyətindən həmçinin vurğulanıb ki, sakinlərə bazar dəyərinə uyğun kompensasiyalar ödənilir və bütün proseslər qanun çərçivəsində icra olunur:

“Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir.

Söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir. "Sovetski"də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir”.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən, “Sovetski” adlanan ərazidə söküntü işləri həyata keçirilir. Proses Mərkəzi Parkın genişləndirilməsinin davamı olaraq aparılır.

Əmlakı sökülənlərə yaşayış sahələri üçün hər kvadratmetrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat təklif olunur. Bir çox sakin, xüsusilə yaşayış sahəsi kiçik, məsələn, 20 kvadratmetr civarında olanlar təzminat məbləğindən narazıdırlar. Onların arasında heç olmasa kiçik evlərin söküntüsünə görə daha artıq təzminat veriləcəyi, yaxud mənzillə təmin olunacaqları ümidi ilə gözləyənlər var.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri