Icma.az
close
up
RU
“Sovetski”də sökülən evin divarlarındakı rəsmlər DİQQƏT ÇƏKDİ

“Sovetski”də sökülən evin divarlarındakı rəsmlər DİQQƏT ÇƏKDİ

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının "Sovetski" adlanan ərazisində aparılan söküntü işləri zamanı maraqlı və bir qədər də narahatedici görüntülər üzə çıxıb. Sosial şəbəkələrdə yayılan fotolarda köhnə evlər söküldükcə onların daxili divarlarında cin, şeytan və müxtəlif mistik varlıqlara bənzər rəsmlərin olduğu görünür.

Bu rəsmlərin kim tərəfindən və nə məqsədlə çəkildiyi məlum deyil. Amma diqqət çəkən məqam odur ki, illərlə divarların arxasında qalan bu təsvirlər söküntü zamanı üzə çıxır və insanlarda təəccüb doğurur.

Bəzi paylaşımlarda qeyd olunur ki, paytaxtın müxtəlif yerlərində də zaman-zaman bu tip - satanizmə aid simvollara və rəsmlərə rast gəlmək mümkündür.

"Sovetski" ərazisində üzə çıxan bu rəsmlərlə bağlı rəsmi açıqlama verilməyib. 

Bəs satanizm nədir?

Sadə dildə desək, satanizm ənənəvi dinlərə zidd olan bir düşüncə və ya həyat tərzi kimi tanınır. Bəzi insanlar üçün bu, sadəcə üsyankar düşüncə tərzini, qaydalara qarşı çıxmağı simvolizə edir. Yəni onlar bu cür rəsmləri dini məqsədlə yox, etiraz, fərqlənmək və ya diqqət çəkmək üçün çəkirlər.

Psixoloqlar bildirir ki, insanların cin-şeytan rəsmləri çəkməyə meyilli olmasının bir neçə səbəbi ola bilər. Bunlar cəmiyyətə qarşı etiraz hissi, qorxulu və qaranlıq mövzulara maraq, özünü fərqli göstərmək istəyi, gənclər arasında yayılan subkulturaların təsiri, tərk edilmiş binalarda anonim şəkildə özünü ifadə etmək imkanı və s.-dir. Xüsusilə istifadəsiz qalan, nəzarətsiz evlər və binalar bu cür rəsmlərin çəkilməsi üçün "rahat məkan" hesab olunur. Bu isə çox vaxt hansısa dini ayin yox, sadəcə vandalizm və ya özünüifadə forması kimi qiymətləndirilir. /musavat.com

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Fevral 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri