Icma.az
close
up
RU
Gücüm çatmazdı deyə bıçaqladım Sumqayıtdakı kafedə dava düşdü

Gücüm çatmazdı deyə bıçaqladım Sumqayıtdakı kafedə dava düşdü

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Tərlan tanışı Elmara bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il noyabrın 9-da şəhərin H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi dəniz kənarında yerləşən “Balıqçı” adlı kafenin qarşısında baş verib. Tərlan həmin gün, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində Elmarın bir qədər əvvəl kafenin həyətində nalayiq ifadələr işlətməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən ona irad bildirilib, oradan getməsini tələb etməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirib. O, kafenin mətbəxindən götürdüyü bıçaqla Elmarın qarın nahiyəsinə bir dəfə zərbə vurub. 
Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Elmar ilə əvvəllər şəxsi tanışlığı olmayıb, onunla əvvəllər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində kirayəşin yaşayarkən bir iki dəfə təsadüfən qarşılaşıb: “Elmarın ancaq qəsəbə ərazisində yaşaması barədə məlumatım olub. Sonuncu dəfə Sumqayıt şəhəri ərazisində yerləşən kafelərin birində yemək yeyib spirtli içki qəbul etdim. Bundan sonra yaşadığım Yaşma bağlar massivi ərazisinə getmək üçün H.Z.Tağıyev qəsəbəsinə gəldim. Ancaq orada fikrimi dəyişdim və qəsəbədə yerləşən “Balıqçı” kafesinə balıq yeyib, pivə içmək üçün getmək qərarına gəldim. Kafenin həyətinə saat təxminən 19 radələrində daxil oldum. İlk əvvəl balıq və pivə sifariş vermək üçün kafenin mətbəxinə yaxınlaşdım. Ancaq içəridə heç kim olmadığından sifariş vermək üçün kafenin işçilərindən birini axtarmağa başladım. Bu zaman kiminsə məni arxadan çağırdığını hiss etdim. Geri çevriləndə Elmarın ünvanıma nalayiq ifadə işlədərək nə istədiyini soruşduğunu gördüm. İlk əvvəl ona cavab verməsəm də, həmin şəxs yenidən ünvanıma nalayiq ifadə işlədərək üstümə gəldiyindən, onun cüssəcə məndən dəfələrlə böyük olduğundan kafenin mətbəxindəki stolun üzrində olan bıçağı götürdüm, kəsici hissəsini bilək nahiyəmin arxasında gizlətdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elmar üstünə gəldikcə, o da geri çəkilməyə başlayıb: “Ondan niyə ünvanıma nalayiq ifadə işlətməsinin səbəbini soruşdum. O, heç bir səbəb olmadan ünvanıma nalayiq ifadələr işlətməkdə davam etdi. Mən də onun ünvanına nalayiq ifadə işlətdim. Elmar üstümə gəldikcə isə geri çəkildim. Beləcə kafenin qarşısına çıxdıq. Həmin vaxt əlimdəki bıçağı Elmara göstərdim ki, bəlkə qorxub geri çəkilər. Ancaq Elmarın buna da əhəmiyyət vermədiyini, Elmarın məni vurmaq istədiyini gördüm. Onu qabaqlamaq üçün bıçaqla sağ tərəfdən qarın nahiyəsinə bir zərbə vurdum. Bundan sonra Elmarda yumruqla baş nahiyəmə bir zərbə vurduğundan yerə yıxıldım. Daha sonra olanları xatırlamamışam. Özümə gəldikdə isə ayağa qalxdım və oradan uzaqlaşdım. Sonradan səhərə qədər qəsəbəsi ərazisində yerləşən 2 saylı orta məktəbin həyətində gizləndim”. 
Tərlanın ifadəsinə görə, hadisə vaxtı ayaqqabısının bir tayı və papağı hadisə yerində qaldığından, eləcə də əynində olan geyim əşyaları çirkləndiyindən gedərək özünə paltar almasını, sonra isə polis əməkdaşlarına təslim olmasını fikirləşib: “Sumqayıt şəhəri ərazisində yerləşən 2 saylı uşaq xəstəxanasının qarşısından keçərkən polis əməkdaşları yaxınlaşaraq məni saxlamaq istədilər. Həmin vaxt üstümə gələn şəxslərin çox olduğunu gördüm və onları geri çəkilməsinə nail olmaq üçün üzərimdə olan ülgüclə boğazımın sağ hissəsinə xəsarət yetirdim. Bundan sonra polis əməkdaşları mənə tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirdilər”. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri