Gücümüzün təsdiqi və qələbəmizin beynəlxalq arenada rəsmiləşdirilməsinin portreti
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tarix boyu Cənubi Qafqazın aparıcı siyasi, iqtisadi və hərbi gücünü Azərbaycan xalqı təşkil etmişdir. Bizim maraqlarımızı nəzərə almadan qurulan hər bir konfiqurasiya və yaxud planlar uğursuzluqla nəticələnmişdir. Bu gündə Azərbaycan xalqının regionun siyasi arxitekturasında üstləndiyi rol hər kəsə bəllidir. Xüsusilə, yeni qlobal nizamın formalaşdığı bu müddətdə Bakının maraqlarını nəzərə almaq zərurətdir.
Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü gücümüzün təsdiqi və qələbəmizin beynəlxalq arenada rəsmiləşdirilməsinin portretidir. Çünki ümumi olaraq 5 illik qısa bir zaman kəsiyində bölgənin siyasi mərkəz kimi tanıdılması cənab Prezident İlham Əliyevin strateji baxışının bariz nümunəsidir.
Azərbaycan həm haqlı, həmdə güclü olan tərəfdir. Müasir dövrdə isə bu iki anlayışın vəhdət təşkil etməsi olduqca əhəmiyyətlidir. Çünki, haqlı olmasına baxmayaraq öz müdafiəsini təşkil etməkdə çətinlik çəkən dövlətlər nümunəsi də kifayət qədərdir. Məhz bu səbəbdən gücümüz haqlı olmağımızın qarantıdır.
Siyasi şərhçi Pərviz Mirizadə
Bu mövzuda digər xəbərlər:26 İyun qürurumuzun, gücümüzün, qələbəmizin səsidir
23 İyun 2025 11:49
Gücümüzün və qürurumuzun təcəssümü
24 İyun 2025 10:33
Ərdoğandan Trampın mesajına cavab: Hər kəs gücümüzün fərqindədir...
20 Dekabr 2024 15:56
Hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir Baş nazir
16 Dekabr 2024 12:05
“Kinomexanikin qayıdışı” beynəlxalq arenada
14 May 2025 09:08
Baxış sayı:92
Bu xəbər 05 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















