Icma.az
close
up
RU
Gülən üzlər, donan qəlblər

Gülən üzlər, donan qəlblər

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Cəmiyyətdə hər yaş aralığına baxsaq, əksəriyyətinin üzündə gülümsəmə var. Salamlaşdıqda, kimsə kiməsə xoş təəssürat bağışladıqda, təşəkkür və minnətdarlıq bildirəndə üz ifadəmizdə balaca bir gülümsəmə olur. Amma bu gülümsəmənin ardında soyuqdan donan qəlblər var. Soyuq qəlblərin ardında isə beyində formalaşan fikirlər…

 Elə bir dövrə gəlib çatmışıq ki, insanların səmimiyyətinə, həqiqətəndə üzdə yaranan gülümsəməsinə inana bilmirik. Sanki insanlar saxtalaşıb və bu hamıya şamil edilib. Zaman keçdikcə dəyərlər itib. Kimə baxırsan gülümsəyir, amma bu gülümsəmə əvvəlki dövlərdəki kimi deyil. Gözlərə baxırsan əvvəlki kimi parıldamır, qəlblər həyat eşqi ilə döyünmür, insanlar qaranlığa qərq olub, boğulur.

 İnsanlar arasında bir-birindən uzaqlaşma, güvən problemi, insani münasibətlərdən kənarlaşma kimi hallar mövcuddur. Səmimiyyətsizlik, nifrət, kin və digər mənfi hallar qəlblərin zamanla buz parçasına dönməsinə səbəb olur. Vaxt var idi, insanlarin səmimiyyəti qəlbləri isidərdi. Bir-birlərinə baxanda gözlərdə ulduztək sayrışan işıqlar görünərdi. İnsanlar ətrafdakılara kömək edər, üz-üzə söhbətlər edərdi. Qısa dialoqlar belə ürəkləri döyündürər, sevinc hissi yaşadardı.

 Zamanla şirin söhbətləri telefon arxasında danışmaq əvəz etdi. Nəticədə ortadakı səmimiyyət və duyğuları qarşı tərəf hiss edə bilmədi. İnsanlar texnoloji yeniliklərə o qədər öyrəşdi və asılı oldu ki, nə çıxıb çöldə kiməsə gülümsəmədi, nə də cəmiyyətə qaynayıb-qarışmadı. Bir növ cəmiyyətdən özünü uzaqlaşdırdı. Əslində bu bir fəlakətdir. Duyğularının, gülən üzlərin, dəyərlərin itməsi insanlığın sonunu gətirir. Elə məhz buna görə də qəlblər soyuyaraq buz parçalarına dönüşür.

Nurcan İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 İyun 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri