Icma.az
close
up
RU
Gülər Sabancı şirkət rəhbərliyindən edir 21 il sonra...

Gülər Sabancı şirkət rəhbərliyindən edir 21 il sonra...

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Sabancı Holdinq" şirkətinin İdarə Heyətinin sədri Gülər Sabancı 27 martda keçiriləcək illik ümumi yığıncaqda vəzifəsini tərk edəcək.

Qaynarinfo xəbər verir ki, onun yerinə Hayri Çulhacının təyin olunması gözlənilir.

"Sabancı Holdinq"dən verilən açıqlamaya görə, mərhum Sakıp Sabancının vəfatından sonra holdinqin idarə heyətinin sədri vəzifəsini üzərinə götürən və 21 il ərzində şirkətin strateji inkişafına və qlobal uğurlarına rəhbərlik edən Gülər Sabancı 27 martda sonuncu dəfə bu vəzifədə səhmdarlarla görüşəcək.

Gülər Sabancı bundan sonra Sabancı Fondunun Qəəyumlar Heyətinin sədri, Sabancı Universitetinin Qurucu Qəyyumlar Heyətinin sədri və Sakıp Sabancı Muzeyinin İdarə Heyətinin sədri kimi fəaliyyətini davam etdirəcək. O, filantropiya, təhsil və incəsənət sahələrində həyata keçirəcəyi layihələrlə Türkiyənin müasir inkişafına və sosial rifahına töhfə verməyi sürdüəcək.

Açıqlamada fikirlərinə yer verilən Gülər Sabancı Sabancı icmasının güclü maliyyə strukturu, yeniliyə və texnologiyaya açıq korporativ mədəniyyəti, yüksək səviyyəli insan resursları və qabaqcıl idarəetmə sistemləri ilə yeni dövrə hazır olduğunu bildirib.

O, başda Sakıp Sabancı olmaqla Sabancı ailəsinin üzvləri ilə başladığı 47 illik iş həyatında ona dəstək olan, hazırda həyatda olan və dünyasını dəyişmiş bütün böyüklərini minnətdarlıq və təşəkkürlə yad etdiyini vurğulayıb.

"21 il ərzində idarə heyətinin sədri kimi, idarə heyətinin üzvlərimiz, idarəetmə komandamız və Sabancı ailəsinin bütün əməkdaşları ilə birlikdə şirkətimizi ölkəmizdə və xaricdə əhəmiyyətli bir səviyyəyə çatdırmış, bir çox vacib vəzifəni uğurla tamamlamış və topluluğumuzun nüfuzunu layiqincə qorumuş olmağın daxili rahatlığı ilə "Sabancı Holdinq"in İdarə Heyətinin sədrliyindən ayrılıram", deyə Sabancı bildirib.

"Sabancı Holdinq"in yeni İdarə Heyəti 27 martda keçiriləcək ümumi yığıncaqda seçiləcək. Yeni idarə heyətinin vəzifə bölgüsü çərçivəsində hazırda idarə heyətinin üzvü olan Hayri Çulhacının sədrliyə namizədliyinin irəli sürülməsi planlaşdırılır.

Hayri Çulhacı 35 ildir ki, "Sabancı" icmasında fəaliyyət göstərir və "Sabancı Holdinq"də İcra Komitəsinin üzvü, "Akbank"ın İdarə Heyəti sədrinin müavini, eləcə də "Sabancı Holdinq" və ona bağlı şirkətlərin idarə heyətinin üzvü olub.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Mart 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri