Güləşçilərimiz 2025 ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar Mikayıl Cabbarov
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan güləşçiləri 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırıblar.
525.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Qurum rəhbəri VI İslam Həmrəyliyi Oyunlarında medal qazanmış güləşçiləri təbrik edib:
"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar. Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal (2 qızıl, 5 gümüş və 4 bürünc) qazandı. Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik".
Qeyd edək ki, İslamiadada Azərbaycan güləşçilərindən Jalə Əliyeva və Arseniy Djioyev qızıl, Həsrət Cəfərov, Murad Əhmədiyev, Ruzanna Məmmədova, İslam Bazarqanov, Ağanəzər Novruzov gümüş, Elnurə Məmmədova, Nigar Mirzəzadə, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili bürünc mükafata sahib çıxıblar.
Baxış sayı:104
Bu xəbər 22 Noyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















