Mikayıl Cabbarov:
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumu böyük investisiya nəticələri ilə yadda qalacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Özəl Sektor Forumu”nda bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarından çox olan 32-dən artıq saziş və anlaşma memorandumu imzalanacaq:
“Əvvəlki forumlarda bağlanan sazişlərin həcmi 3,6 milyard dolları ötüb və bu il tədbir daha yüksək nəticələr hədəfləyir”.
Mikayıl Cabbarov onu da qeyd edib ki, dayanıqlı rifah üçün daha güclü əlaqəlilik, dərin ticarət və investisiya əlaqələri, eləcə də dövlətlər və özəl sektor arasında sıx əməkdaşlıq vacibdir.
Baxış sayı:135
Bu xəbər 17 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















