Güləşçilərimiz AÇ nin son günündə bir gümüş, iki bürünc medal qazanıblar
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, sonuncu yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Omar Gülməmmədov (74 kq) ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.
Anar Cəfərli (92 kq) gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bəşir Verdiyev (61 kq) bürünc medal görüşündə gürcüstanlı Saba Qambaşidzeyə sonuncu xal prinsipinə əsasən (9:9), Məhəmməd Abbaszadə (86 kq) isə ermənistanlı Razmik Yepremyana 0:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətləniblər.
Çempionatın son qarşılaşmasında Yusif Dursunov (125 kq) finalda rusiyalı İnal Qaqloyevə 0:11 hesabı ilə uduzub və 2 il əvvəl olduğu kimi, gümüş medalı boynundan asıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 İyul 2025 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















