Güləşçilərimiz ənənəvi yarışın ikinci günündə 6 medal qazanıblar
Icma.az, Cbcsport portalına istinadən məlumat yayır.
Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçirilir.
Ənənəvi yarışın ikinci günündə yunan-Roma və qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Xalçaya çıxan 7 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb.
Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıblar. Qadın güləşində isə Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədovayla (53 kq) Birgül Soltanova (62 kq) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, ilk yarış günündə Əsmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) beşinci yerlə kifayətləniblər. Turnirin son 2 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Güləşçilərimiz 2 qızıl medal qazanıblar
08 Dekabr 2024 16:41
Güləşçilərimiz Aşqabadda 3 medal qazanıblar FOTO
26 Aprel 2025 23:45
Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıblar
11 İyun 2025 21:27
Ənənəvi yarışda bir gündə 6 medal
28 İyun 2025 00:00
Güləşçilərimiz 6 medalla Vətənə qayıdıblar
15 Aprel 2025 17:03

