Güləşçimiz Qazaxıstanda qızıl medal qazandı
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Azərbaycan təmsilçisi Ağanəzər Novruzov Qazaxıstanın paytaxtı Astanada keçirilən sərbəst güləş üzrə "Güləş ulduzları liqası"nda qızıl medal qazanıb.
Teleqraf.com xəbər verir ki, idmançımız 74 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, həlledici mərhələdə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabıyla qalib gəlib.

