Icma.az
close
up
RU
“Güllü” çölə baxarkən onu pəncərədən atdı” Sultanla Tuğyan da ifadə verdi

“Güllü” çölə baxarkən onu pəncərədən atdı” Sultanla Tuğyan da ifadə verdi

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli müğənni “Güllü”nün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq çərçivəsində təqsirləndirilən Sultan Nur Ulunun yeni ifadələri üzə çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, onun yeni açıqlamaları ictimaiyyətə təqdim edilib.

Yalovada “Güllü”nün ölümü ilə bağlı “qəsdən yaxın qohumu öldürmə” ittihamı ilə saxlanılan qızı Tuğyan Ülkəm Gültər həbs edilib.

Hadisə geniş rezonans doğurduğu bir vaxtda istintaq çərçivəsində Sultan Nur Ulu ifadəsində bunları deyib:

“O gün Tuğyanla birlikdə çölə çıxdıq. İşlərimizi görüb evə qayıtdıq. Güllü ana bizə yemək sifariş etdi.

Televizoru açdıq, film izlədik. Tuğyan Kervanla görüntülü danışırdı, aralarında mübahisə vardı. Güllü ana buna əsəbiləşdi və “filmi məhv etdiniz” dedi. Sonra musiqi açdıq, rəqs etdik.

Tuğyanla tez-tez olduğu kimi, video çəkdik. Daha sonra yatmaq üçün kiçik otağa keçdik. Tuğyan yenidən mətbəxə getdi, Güllü ana ilə pırasa yeməyi yedi.

Bir-birimizin saçlarını hördük. Tuğyan məndən “roman” musiqisi qoymağımı istədi.

Güllü ana tualetə getdi. Tualetdən çıxarkən Tuğyan “Malkata” mahnısını qoymağımı istədi. Mən mahnını öz telefonumdan açdım. Güllü ana “bu nədir?” deyərək otağa girdi.

Rəqs etməyə başladı və məndən də oynamağımı istədi. Mən bacarmadığımı dedim. Sonra Güllü ana pəncərəyə tərəf getdi.

Tuğyan Güllü anaya yaxın, yatağın kənarında oturmuşdu. Güllü ana çölə baxarkən Tuğyan ayağa qalxıb onu ombasının altından qaldıraraq aşağı atdı. Mənə “qaç” dedi.

Tuğyandan çox qorxurdum. Bu cinayəti mənim üzərimə atacağını düşündüm. “Anasına bunu edən mənə nələr etməz?” deyə düşündüyüm üçün susdum. Tuğyanın bu cinayəti törətdiyini hadisədən qısa müddət sonra vəkil Burçeyə dedim”.

Tuğyan Ülkəm Gültər isə prokurorluqda verdiyi ifadədə hadisə günündən belə bəhs edib:

“Sultanla birlikdə Çınarcıkdakı evə gedəndə anam “Güllü” evdə idi. Otaqda oturub söhbət etdikdən sonra anam duş qəbul etdi. Biz Sultanla yemək sifariş verib yedik. Daha sonra film izləməyə qərar verdik. Film üçün anam məzə hazırladı və şərab aldı. Daha əvvəl alkoqol istifadə edirdi, amma şərabı yeni içməyə başlamışdı. Anam təxminən 3,5 şüşə şərab içdi.

Film izləyərkən bir ara otağıma keçib keçmiş nişanlım Kervanla təxminən 20 dəqiqə görüntülü danışdım. Salona qayıdanda Sultanla anam filmi izləməyə davam edirdilər. Bir müddət sonra filmi bağladıq və musiqi açdıq.

Üçümüz musiqi sədaları altında əyləndik. Sonra Sultanla otağa keçdik. Mən otaqda Kervan və Çiğdemlə görüntülü danışırdım, Sultan yanımda oturmuşdu. Bir-iki dəfə salona gedib-gəldim. Kervanla danışarkən üzük mövzusu oldu, üzüyü atacağımı dedim. Hamilə qalma ehtimalım vardı, amma anam bunu bilmirdi. Sultana demişdim ki, anamın öyrənəcəyi təqdirdə ya uşağı itirdiyimi deyərəm, ya da abort etdirərəm.

Bu vaxt televizorda musiqi səslənirdi. Biz otaqda idik. Tam əmin olmasam da, qapının bağlı olduğunu xatırlayıram. Sultanla birlikdə otaqda mənim telefonumda musiqi qoyduq.

Sultandan “Malkata” mahnısını açmasını istədim. O, mahnını mənim telefonumdan açdı. Biz Sultanla “Malkata” oynayarkən anam içəri girdi. Sultanın əlindən tutub onu da oynatmağa çalışdı. Sultan bilmədiyini dedi. Üçümüz otaqda rəqs etməyə başladıq.

Biz qapı ilə qarderobun arasında oynayırdıq. Anamla bir-birimizi qucaqlayıb çimdikləyərdik. “Məni burax” kimi sözlər deyilibsə, bu ona görə olub. Sonra anam musiqinin səsini artırmağımızı istədi. Sultan qarderobun önündə dayanıb üzünə baxırdı, üzündə tikiş izi vardı. Sultan həmin izə baxırdı, mən də yanında oynayırdım.

Daha sonra çox güclü “güm” səsi eşitdim. Pəncərə tərəfə baxanda anamı görmədim və “qaç” deyə qışqıraraq aşağı endim. Yuxarıda otaqda olarkən səsi eşitdim, amma anamı görmədim. Necə yıxıldığını bilmirəm. Birbaşa aşağı qaçdım. Qaçarkən Çiğdemin qapısını döydüm. Aşağı endikdən sonra baş verənləri xatırlamıram. Sonradan ətrafdakılar danışdı, amma deyilənlərin heç birini xatırlamıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri