Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Kəlağayı milli sərvətimiz, keçmişlə bu gün, bu günlə isə gələcək arasında ipək körpüdür. Arzulayardım ki, Azərbaycan xanımları kəlağayıdan fəal istifadə etsinlər və hər bir xanımın öz kəlağayısı olsun. Kəlağayı ipək olduğu qədər də polad kimi möhkəmdir.
Bunu AZƏRTAC-a açıqlamasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı bildirib.
O, muzeydə çox qədim kəlağayıların qorunub saxlanıldığını diqqətə çatdırıb: “Həmin kəlağayılar illər keçməsinə baxmayaraq, gözəlliyini bu günə qədər saxlayıb. Bunun əsas səbəbi parçanın xalis ipəkdən hazırlanması, istifadə olunan boyaların və naxışların ənənəvi üsullarla ərsəyə gətirilməsidir. İpək kəlağayının hazırlanması böyük zəhmət tələb edir. Bu gün milli kəlağayımızı təbliğ etmək məqsədilə Bakının mərkəzində yürüş keçiririk. Şəhər sakinləri və qonaqların bu aksiyanı sevgi və rəğbətlə qarşılaması bizi çox sevindirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Oktyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















