Icma.az
close
up
RU
Güllü Eldar Tomarlı: Kəlağayı naxışı ilə deyil, parçasının keyfiyyəti ilə seçilir

Güllü Eldar Tomarlı: Kəlağayı naxışı ilə deyil, parçasının keyfiyyəti ilə seçilir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 oktyabr, Fidan Əlizadə, AZƏRTAC

Xalqımızın incə zövqünü, milli kimliyini və qadın zərifliyini özündə birləşdirən kəlağayı əsrlərin sınağından çıxmış nadir sənət nümunəsidir. Basqal ustalarının əllərində həyat tapan bu ipək parça təkcə geyim deyil, həm də tariximizin, mədəniyyətimizin bir parçasıdır. Bu ənənəni davam etdirmək həm çətin, həm də məsuliyyətli işdir.

Bakıda “Kəlağayı ev-muzeyi”nin yaradıcısı, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı AZƏRTAC-ın müsahibəsində Azərbaycan kəlağayı sənətinin inkişafından, müasir dövrdə bu sahəyə olan maraq və diqqətdən, eyni zamanda yaratdığı muzeydə qorunub saxlanılan kəlağayıların özəlliklərindən danışıb.

Həmsöhbətimiz kəlağayının istehsal mərhələlər barədə məlumat verib. Kəlağayının 46 prosesdən sonra tam şəkildə ərsəyə gəldiyini söyləyib: “Hər mərhələdə diqqət və incəlik ön plandadır. Əvvəlcə ipəkqurdu yetişdirilir, baramadan sap alınır, sonra parça toxunur. Daha sonra rəngləmə, yuyulma, “qudulama” və rezinçəkmə prosesi gəlir. Bu mərhələlərin çoxu kişilər tərəfindən yerinə yetirilir, amma kəlağayının əsas istifadəçiləri, təbii ki, xanımlardır. Maraqlıdır ki, hər rəng ayrıca işlənilir, yəni iki eyni kəlağayını tapmaq mümkün deyil”.

– Poeziya Məclisinin fəaliyyəti nədən ibarətdir?

– “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəzdində müxtəlif kitablar çap olunur. Bu iş həm maddi, həm də mənəvi dəstəklə həyata keçirilir. XI Bakı Beynəlxalq Kitab Sərgisində həmin kitablarla iştirak etdik və çox maraqlı təcrübə qazandıq. Mirvarid Dilbazinin həyatına, yaradıcılığına və onun haqqında yazılan şeirlərə həsr olunmuş kitablarımız var. Həmçinin onun Ulu Öndər Heydər Əliyevə ithaf etdiyi şeirlərdən ibarət “Vətən oğlsuz olmasın” adlı kitabı da çap etdirmişik. “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsi bu qədim sənəti yenidən gündəmə gətirib. Biz bu layihənin iştirakçısı, milli dəyərlərimizin təbliğinə böyük əmək sərf edən müsahibimizlə söhbətləşdik. Bizim “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı layihəmiz QHT layihə müsabiqəsində qalib gəldi və bu çərçivədə sənədli film çəkdik. Çəkilişlər Basqal kəndində, emalatxanada baş tutdu. Mən orada kəlağayının hazırlanma prosesini yaxından izlədim, ustaların zəhmətini gördüm. Kəlağayı çox əziyyətli işdir – nə qədər baha olsa da, dəyər, çünki hər biri böyük səbir və zəhmət tələb edir. 2023-cü ildə poeziya məclisinin nəzdində Kəlağayı Muzeyi yaratdıq. Muzeydə 200-dən çox eksponat nümayiş olunur. Açılışda Özbəkistandan gələn 15 nəfərlik elm heyəti iştirak etdi. Kəlağayının unikallığı ondadır ki, onun vətəni Azərbaycandır. Bu sənət türkdilli xalqlara da yayılıb. Onlar da toy və nişan mərasimlərində kəlağayıdan istifadə edirlər. Biz artıq bir neçə dəfə QHT qrant müsabiqələrinin qalibi olmuşuq. Bu il isə layihələrimizə milli kişi papaqlarını da əlavə etdik. Fikrimizcə, nənələrimizin ruhunu kəlağayı ilə sevindirdiksə, indi növbə babalarımızındır.

– Müasir dövrdə gənclərin kəlağayıya marağı necədir?

– Ötən əsrlərin qadın geyimlərində kəlağayı kimi atributun meydana gəlməsi Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlıdır. Kəlağayılara bənzər baş örtüyündən istifadə haqqında məlumatlar eramızdan əvvəl V-VI əsrlərə aid mənbələrdə yer alır. XVIII əsrdən dünya bazarlarında xüsusi dəyər qazanan Basqal kəlağayılarına Qafqaza səfər edən səyyahların əsərlərində rast gəlmək mümkündür. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda ümumdünya sərgisində iştirak edib və həmin sərgidə basqallı toxucu Nəsir Abduləzizoğlunun nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb.

2003-cü ildən İsmayıllı rayonunun Basqal qəsəbəsində "Kəlağayı" İpək Mərkəzi fəaliyyət göstərir. Həmçinin qəsəbədə unikal interaktiv "Kəlağayı" muzeyi yaradılıb. Muzeyin təsisçisi, “Kəlağayı” kitabının müəllifi, professor Rəna İbrahimbəyovadır.

Şəki və Basqal kəlağayıları sırasında "Şah buta", "Saya buta", "Xırda buta" çeşnilərindən daha çox istifadə olunub.

2014-cü il noyabrın 26-da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib. O vaxtdan bəri kəlağayıya maraq, sevgi və hörmət daha da artıb. Məhz həmin gündən 26 noyabr - Azərbaycan Kəlağayısı Günü kimi qeyd edilir. 2024-cü il ölkəmizdə ilk dəfə Kəlağayı Festivalı təşkil olunub.

Son illərdə gənclər arasında da kəlağayıya maraq artıb. Onların zövqünə uyğun olaraq rəngarəng, müasir tonlarda kəlağayılar hazırlanır. Butalı, şahbutalı, sevgilibuta, kiçikbuta, küsülü buta kimi növləri var. Gənclər bu gün daha çox rəng və fərqlilik axtarır. Amma yaşlı nəsil ənənəvi “ağ zəminli” və ya “soğanı” kəlağayılara üstünlük verir.

–Əsl kəlağayını necə tanımaq olar?

-Kəlağayıya maraq yenidən artıqdan sonra saxta kəlağayılar da meydana çıxmağa başladı. Onları biri-birindən ayırmaq o qədər də çətin deyil. Əvvəla, əsl kəlağayını etibarlı ünvandan almaq lazımdır. O, ovuca sığışır, çox yüngüldür. Dəzgahdan çıxandan sonra onun ipləri və saçaqları qalır, tikilmir. Parçanın sıxlığı, ilmənin sayı da çox vacibdir. Kəlağayı naxışı ilə deyil, parçasının keyfiyyəti ilə seçilir. Əsl kəlağayıda tikiş yeri olmamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri