Gümrü merinə qarşı yeni ittiham irəli sürüldü KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan Rusiya ilə birliyin zəruriliyi ilə bağlı açıqlamalarına görə yeni ittihamlarla qarşılaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Zarui Postancyan “Facebook”da məlumat verib.
O bildirib ki, yeni cinayət təqibi merin digər ölkələrlə birlik yaratmaq “düşüncələri” səbəbindən başlayıb. Onun sözləri “Ermənistan Respublikasının suverenliyindən imtina etmək üçün açıq çağırış” maddəsi ilə “tənzimlənib”. Əslində, Qukasyan “Türkiyənin yaratdığı təhlükədən özünü qorumaq üçün ölkənin öz suverenliyini qoruyarkən Rusiya ilə birliyə ehtiyacı olduğunu deyirdi”.
“Gümrü meri öz hüququndan istifadə edərək sadəcə fikrini bildirib və digər dövlətlər arasında qarşılıqlı məqbul birliklərin yaradılması ilə müqayisə aparıb. Qukasyan dəfələrlə vurğulayıb ki, bu, müstəqil dövlətçiliyi qoruyarkən edilməlidir”, – deyə vəkil qeyd edib.
O, müvəkkilinə qarşı irəli sürülən ittihamları siyasi təqib hesab edib və onları Ermənistanın Baş naziri Nikol Paşinyanın Qukasyanı siyasətdən uzaqlaşdırmaq əmri ilə əlaqələndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Oktyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















