Gümrüdəki hərbi bazanın mövcudluğu həm də bizə qarşı güc göstəricisidir
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiya Ermənistanda hərbi baza vasitəsilə ilk növbədə son dövrlərdə aktiv şəkildə Moskvadan uzaqlaşma yolu tutan, hətta KTMT-dən belə çıxmaqla bağlı rəsmi olaraq qərar verməyə hazırlaşan Ermənistan hakimiyyətini təzyiq altında saxlamaq istəyir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə son vaxtlar gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda birincinin Gümrü bazasında hərbi aktivliyini artırmasını şərh edərkən deyib. Onun sözlərinə görə, situasiyadan asılı olaraq Rusiyanın Ermənistan hakimiyyətinə qarşı hərbi gücdən istifadə edilməsi ehtimalını da istisna etmək olmaz:
"Rusiyanın Ermənistan daxilindəki beşinci kalonu vasitəsilə ölkə daxilində təxribatlar yaratmaq və bununla da xaos mühiti formalaşdırmaq ehtimalı var. Və ya hərbi bazaya qarşı diversiyalar həyata keçirib sonra özünü müdafiə adı altında müəyyən addımlara da qərar verilə bilər. Təbii ki, Gümrüdəki hərbi bazanın mövcudluğu nəhayətdə həm də bizə qarşı bir güc göstəricisidir və bu baza qaldıqca rəsmi Moskva ondan hər zaman təzyiq və müdaxilə aləti kimi istifadə etməyə cəhdlər edəcək".
Süleyman
Bu mövzuda digər xəbərlər:Rusiya: Ermənistan Gümrüdəki hərbi bazanın çıxarılması üçün müraciət etməyib
15 Sentyabr 2026 06:15
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
06 Oktyabr 2026 19:45
Gümrüdəki 102 ci bazanın taleyi: həll olunmamış tənlik
09 Sentyabr 2026 10:37
Rusiya Gümrüdəki hərbi bazasını gücləndirir
26 İyul 2025 10:00
Paşinyan: “Rusiya Gümrüdəki hərbi bazasını çıxarsa...”
18 Sentyabr 2026 13:09
Baxış sayı:116
Bu xəbər 04 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















