Gün gələcək, ermənilərlə azərbaycanlılar bir birlərinə gedəcəklər Prezident
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Gələcək bizdən, yəni iki ölkədən, xüsusən də liderlərdən asılıdır və ən əsası, cənab Əliyevin qeyd etdiyi kimi, onlar siyasi cəsarət və sülh naminə addımlar atmaq iradəsini nümayiş etdiriblər”.
Modern.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vahan Xaçaturyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsindəki müzakirədə bildirib.
Panel müzakirəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
“İndi 30 ildən çoxdur görmədiyimiz şeyləri yaşayırıq. İki il əvvəl, hətta bir il əvvəl belə bir şeyin qısa müddətdə baş verməsi inanılmaz görünürdü, çünki Ermənistan artıq Azərbaycandan malları Gürcüstan ərazisi vasitəsilə almaq imkanına malikdir. Amma əminəm ki, bu malları sadəcə öz ərazilərimizdən, yəni Azərbaycan-Ermənistan, Naxçıvan-Ermənistan marşrutu ilə alacağımız gün də gələcək”, - deyə V.Xaşaturyan bildirib.
O qeyd edib ki, bu gün həm Ermənistan, həm də Azərbaycan gələcəyə baxır.
“Əgər geriyə baxıb baş verənlərin səbəblərini tapmağa çalışsaq, bu, bizi indi sahib olduğumuz imkandan məhrum edəcək. İndi biz daha çox layihələrimizin həyata keçirilməsi ilə məşğuluq. Uğur qazanacağıq, çünki aydın razılaşmalarımız var, aydın prinsiplər qəbul etmişik, bu da o deməkdir ki, hər iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət edirik və bu prinsiplərə əsaslanacağıq. Biz sərhədlərimizi açacağıq və mən əminəm ki, X ildən sonra nəinki bu cür yüksək səviyyəli siyasi görüşlər olacaq, həm də Ermənistan və ya Azərbaycan vətəndaşları sərhədi keçə, ticarət edə və hər iki ölkənin üstünlüklərindən istifadə edə biləcəklər", - deyə erməni prezident bildirib.
Vahan Xaçaturyan 8 avqustda iki ölkənin liderləri ilə tarixi razılaşma sənədi imzalayan ABŞ Prezidenti Trampa da rəşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Yanvar 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















