Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Keçmiş prezident gələcək prezident

Keçmiş prezident gələcək prezident

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxud Donald Tramp niyə qalib gələ bildi?!

Amerika Birləşmiş Ştatlarında seçkilərin ilkin nəticələri məlumdur. Keçmiş prezident Donald Tramp Ağ Evə qayıdır. 60-cı prezidentlə yanaşı Konqresə də seçkilər keçirilir. Respublikaçılar Partiyası artıq Konqresin yuxarı palatasında - Senatda üstünlüyü təmin edib. Trampın prezidentliyə namizəd kimi qələbəyə yaxın olması da, Senata seçkilərin nəticələri də göstərir ki, Amerika cəmiyyəti Demokratlar Partiyasının hakimiyyətindən çox narazıdır. Trampın lehinə verilmiş səslər, əslində daha çox Cozef Baydenin əleyhinə verilmiş səslərdir. Çünki Kamala Harris, əslində elə Co Baydenin davamı kimi qavranılır.

Əlbəttə, seçkilərin yekun nəticələri hələ müəyyənləşməyib. Bununla belə artıq deyə bilərik ki,"qlobal nüharibə partiyası" məğlub olur.

Bu, Dünyanı "demokratlar-qeyri-demokratlar" deyə iki qarşı duran hissəyə bölən Baydenin məğlubiyyətidir. Əlbəttə, demokratiya yaxşı ideyadır, yaxşı quruluş formasıdır. Amma bir yandan, Şərqin avtokratik və teokratik rejimləri ilə qol-qola gəzən Bayden, o biri yandan Dünyada "demokratlar və demokrat olmayanlar" bölgüsü aparırdı. Məsələn, Ermənistana "demokrat" arayışı vermişdi.

Trampın qələbəsi Rusiya-Ukrayna müharibəsinin müəlliflərinin məğlubiyyəti sayılır. Bu, həm də Gürcüstanda inqilab ssenariləri quranların uduzması deməkdir.

Doğrudur, Bayden hələ 2025-ci ilin yanvarın 20-ə qədər prezident, Kamala Harris isə vitse-prezident olaraq qalacaqlar. O müddətdə ölkəni idarə edəcəklər. Ancaq yeni seçilmiş prezidentin siyasi varlığı da onlara hər istədiklərini istədikləri kimi həyata keçirməyə imkan verməyəcək.

İlkin proqnozlara görə, Ukraynada müharibə gözlənildiyindən bir neçə ay tez başa çatacaq. Çinlə Tayvan arasında yeni müharibə ocağının alovlanması ehtimalı əgər tam aradan qalxmadısa da belə, hər halda kəskin azaldı. Trampın rəhbərliyində ABŞ Avropa İttifaqı ilə öz arasına məsafə qoyacaq. Bu, Trampın birinci prezidentliyi dövründə də olmuşdu. Avropalılar artıq istədiyi ölkələrə istədikləri kimi demokratiya "couch"-luğu edə bilməyəcəklər.

Bizim üçün maraqlı budur ki, Trampın seçilməsi postsovet ölkələrində proseslərə necə təsir edəcəyidir.

Belə proqnoz vermək olar ki, son aylarını yaşayacaq olan Bayden administrasiyası Gürcüstana dair ritorikasını yumşaltmalı olacaq. Bu ölkədə "konfrantasiya demokratiyası" yerini tədricən konsensus demokratiyasına verəcək. Nəticədə Gürcüstanda müxalifətin bir hissəsi öz qərarına yenidən baxacaq. Çünki şəxsən mən hadisələrin inkişaf məntiqini belə görürəm: Bayden Administrasiyası, Avropa İttifaqı, Gürcüstanın prezidentli müxalifəti inqilab momentini - kütlənin inqilabi eyforiya anını əldən buraxıb. Siyasi ritorika, yerini əsasən hüquqi araşdırmalara verib. Bundan sonra siyasi nəticələri hüquq müəyyənləşdirəcək. Siyasi mühakimələr ədalət məhkəməsinə daşınıb. Bu da inqilabın ertələndiyini, yaxud gündəmdən düşdüyünü deməyə əsas verir. Kütləvi aksiyalar, əlbəttə, olacaq. Amma bunlar, sadıcə, kütlənin etiraz inersiyasını ifadə edəcək. Getdikcə artan və coşan deyil, getdikcə azalan və sönən kütləni görəcəyik.

Azərbaycan üçün hadisələrin məhz bu cür yekunlaşması sərfəli olardı - "konfrantasiya demokratiyası"ndan konsensus demokratiyasına keçid. Müharibələr, ölkələrin daxilindəki siyasi böhranlar dünya iqtisadiyyatını da artıq vurur. Buna görə də Trampın gəlişi birinci növbədə ABŞ-ın öz iqtisadiyyatına dirçəlmə ümidləri gətirir. Çünki yeni seçilmiş prezidentin əsas prioriteti ölkənin daxili problemlərinin həllidir.

Amerika mediasında yenə də Trampın seçilməsində Rusiya izi axtarmağa başlayıblar. Bu, əlbəttə, rəsmi qurumlardan qaynaqlanır. Artıq Amerika kəşfiyyatı Rusiyanı müdaxilədə ittiham etməyə başlayıb. Bu ittiham nə qədər əsaslıdır, ya deyil, bunu bilmirəm. Ancaq o faktdır ki, Rusiyanın Şimali Koreyanı Ukraynaya qarşı müharibəyə daxil etməsi Trampın seçilməsinə təsir edən faktorlardan biri oldu. Bu, Çinin indiki mövqeyində qalmasını çətinləşdirən bir gediş idi. Çin ya ABŞ-la açıq konfrontasiyaya gedib, Rusiyanın yanında durmalıdır, ya da Qərbin mövqeyinə meyllənməlidir. Hər iki halda oyun kartlarını açmalı olacaq. Bu da Rusiyanın marağındadır.

Eyni zamanda İsraillə İran arasındakı "sublimasiyalı müharibə" Bayden-Harris tandeminin işini çətinləşdirdi. Hər iki dövlət Amerikada Trampın yolunu asanlaşdırmış oldu. Və, əlbəttə, Donald Trampa qarşı uğursuz məhkəmə təqibi, seçki kampaniyası boyu edilmiş sui-qəsd cəhdləri, eləcə də, qara piar kampaniyası keçmiş prezidenti gələcək prezidentə çevirdi. Bayden administrasiyası özü, eləcə də, Baydenin əleyhdarları Donald Trampdan əzabkeş obrazı yaradıb, onun Ağ Evə yolunu açdılar.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri