Icma.az
close
up
RU
“Günah Sabir bəydədir...” “Adam ağır narsisizm xəstəliyinə tutulmuş birisidir”

“Günah Sabir bəydədir...” “Adam ağır narsisizm xəstəliyinə tutulmuş birisidir”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün dəvət olunan sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.

Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Xalq şairi Sabir Rüstəmxanlı son bir cümlə demək istəsə də, vitse-spiker imkan yaratmayıb. “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz (Rafael Hüseynov – müəl.) hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”.

Keçmiş deputat, elm və təhsil sahəsi üzrə tanınmış ekspert Etibar Əliyev “Facebook” hesabında bu qalmaqala reaksiya verib və Xalq şarini müdafiə edib. “Sabir bəy kimi dil uğrunda mücadilə aparan bir şəxsə nə reqlament?”, - E.Əliyev sual edir. Eks-deputat vurğulayıb ki, əslində “Rafael Hüseynov kimi məkrli bir adamın” moderator seçilməsi doğru deyil: “Adam ağır narsisizm xəstəliyinə tutulmuş birisidir. Bir nəfər üzünü tutub bu yoldaş akademik Hüseynova deyə bilərmi ki, 7-ci sinif "Azərbaycan dili" dərsliyində çap olunmuş bu əndrəbadi şeirlərə görə Emin Əmrullayevə söz deyə bilərsənmi? Cəsarəti çatmaz. Ancaq hər şeyin ətrafında danışmağa ustadılar.

CAVANLIĞIM

Yenilməyən qala idi

Kaş yerində qala idi

Məndən gedən cavanlığım

Tanış imiş mənə bunlar

Əziz imiş köhnə yollar

Çətin imiş ayrılıqlar

Qürbətlər də günahkar imiş.

DOVŞAN ŞEİRİ

Dovşan çox bərk qaçırdı

Arxasına baxmadan

Necə sürətlə qaçır

Sincab dedi ağacdan

Çox çalışıb görünür

Məşq edib, axşam - səhər

Yoxsa qaça bilərmi Yorulmadan bu qədər

Bunu eşidib dovşan,

Heç ayaq saxlamadan

Sən də belə qaçarsan,

Məşqçin tülkü olsa.

Əksinə, Emin Əmrullayev tapşırsa, Rafael Hüseynov kimi tiplər bu şeirləri göylərə qaldırar”.

E. Əliyev daha sonra sual edir: “Dil və ədəbiyyat dərsliklərini R.Hüseynov müzakirəyə çıxara bilərmi? Sabir bəyin sözünü kəsmək hünər deyil, mənasız dissertasiyalar yazdırmaqla alim sayını artırmaq dilə olan ən böyük hörmətsizlikdir. Mənə verilən məlumata görə, Emin Əmrullayevin dil haqqında mənasız çıxışına R. Hüseynov sonsuz təşəkkürünü bildirib. Ancaq həm də üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü kəsməklə "cürətli" olduğunu nümayiş etdirib. Günah Sabir bəydədir...”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri