Icma.az
close
up
RU
Günah kimdə olub?

Günah kimdə olub?

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Akif ABBASOV

(hekayə)
Telman Çiçəkli rayonunda prokuror işləyirdi. Prokuror adı gələndə adamın zəhri yarılır. Amma Telman Kərimbəyli insaflı və ədalətli adam idi. Haqqın nahaqqa verilməsini istəməz, buna imkan yaratmazdı. Polis şöbəsi bəzən ağına-bozuna baxmadan kimi isə tutub basırdı dama. Əgər həmin şəxsin günahı yox idisə, Telman müəllim polis rəisinə zəng edib “İncitməyin filankəsi”, - deyirdi. O da bilirdi ki, tutulanı azad etmək lazımdır. Bu xasiyyətinə görə rayonda hamı prokurorun xətrini istəyirdi.
Adi qış günlərindən biri idi. Sırağa gün qar yağmışdı. Havada şaxta olduğundan, yer buz bağlamışdı. Hərə öz qapısının ağzını, iş adamları da dükanlarının, obyektlərinin qapısını qardan, buzdan təmizləmişdilər. Yollar, səkilər isə sürüşkən idi.
Prokuror telefonun dəstəyini qaldırıb kommunal təsərrüfatı şöbəsinə zəng etdi.
- Salam.
Cavab gəldi:
- Salam, yoldaş prokuror. Bizə görə nə qulluq?
- Yol-irz, səkilər buz bağlayıb. Kimi gözləyirsiniz? Gözləyirsiniz ki, hava düzəlsin, gün çıxsın, qar ərisin?
Rəis əl-ayağa düşdü:
- Bu dəqiqə işçiləri səfərbər edərəm. Yollara duz, qum səpərlər, küçələri təmizləyərlər...
Prokuror dəstəyi yerinə qoydu. Bu zaman növbətçi polis nəfəri başı lovlu özünü içəri atdı:
- Yoldaş prokuror...
Polis nəfərinin dayanıb durduğunu, sözünü tamamlamadığını görən Telman Kərimbəyli:
- Danış görək.
- Bilirsiniz, yoldaş prokuror...
Polis nəfəri yenə də sözünü yarımçıq qoydu.
- Sənə nə olub axı, dilin topuq çalır...
Bu zaman qapı açıldı. Prokurorun müavini Yusif İmanlı içəri girdi. O da həyəcanlı idi.
Prokuror ayağa qaldı:
- Bu gün sizə nə olub?
Yusif İmanlı:
- Hadisə baş verib, - dedi.
Yusif İmanlının işarəsi ilə polis nəfəri otaqdan çıxdı.
- Hadisə baş verib polis şöbəsi məşğul olsun... Nə olub?
- Avtomobil qəzasıdır. Maşın adam vurub?
Prokuror maraqlandı:
- Ölüb?
- Bəli.
- Sürücünü tutub damlasınlar.
- Sürücü tutulub. Həbsdədir. Amma...
- Nə amma?.. Hələ ki prokurorluğa aid bir iş yoxdur.
Müavin çəkinə-çəkinə:
- Əslində prokurorluğa aiddir bu hadisə, - dedi.
Prokuror Telman Kərimbəyli diqqətlə müavininə baxdı, baxışlarını xeyli müddət çəkmədi. “Yəni aiddiyyəti nədir, de, bilək”.
Yusif İmanlı dilləndi:
- Maşın sizin ananızı vurub.
Prokuror yerindən dik atıldı:
- Mənim anamı?
- Bəli, təəssüf. Yolu keçib marketə gedirmiş.
Prokuror həyəcanlı:
- Bayaq dedin. Həyəcanlandığımdan unutdum. Anamın vəziyyəti necədir?
Yusif İmanlı:
- Çox təəssüf.
* * *

Prokuror anasının üçünü-yeddisini verib işə çıxmışdı. Dilxor idi. Səriyyə xanımın faciəli ölümü onu yandırıb yaxırdı. Amma əlindən nə gələcəkdi?! Birdən yadına sürücü düşdü. Soruşub öyrənmişdi. Əslində sürücüdə günah yox idi. Anası qırmızı işıqda yolu keçmiş və qəzaya uğramışdı.
Telman Kərimbəyli polis rəisinə zəng eləyib tapşırdı ki, sürücünü onun yanına gətirsinlər. Az sonra sürücü gəlib çıxdı. Prokurorun işarəsilə polis nəfəri çıxdı.
Sürücü:
- Yoldaş prokuror, xəcalətimdən ölürəm. Demə maşınla vurduğum sizin ananız imiş. Bədbəxt oldum.
- Əyləş... Danış görüm qəza necə baş verib. Əslində ucundan-qulağından eşitmişəm, xəbərim var.
Sürücü danışmağa başladı... O, sözünü tamamlayanda prokuror dedi:
- Sənin təqsirin yoxdur ki. Sadəcə, gərək ehtiyatlı olaydın.
Sürücü qulaqlarına inanmadı. Fikirləşmişdi ki, əlli-ayaqlı gedəcək, ömrü-günü həbsxanada keçəcək. Hələ üstünə başqa bir şər də atıb onu orada çürüdəcəklər. Prokurorun yaxşı adam olduğundan xəbəri vardı. Amma daha bu qədər də yox. Axı onun anasının ölümünə bais olmuşdu.
- Evlisən?
Prokuror qəzəbli deyildi. Əksinə, mehribanlıqla soruşurdu. Cəld cavab verdi:
- Bəli, yoldaş prokuror.
- Neçə uşağın var?
- Üç.
- Neçə yaşındadırlar.
- Kiçiyinin bir yaşı tamam olacaq.
- Həbsdə neçə gün yatdın?
- Bir həftə.
- Ehtiyatsızlığına görə bir həftə yatmısan...
Sürücünün rəngi ağardı, boğazı qurudu. İndi prokuror bundan sonra neçə il həbsdə olacağını ona deyəcəkdi. “Doğru fikirləşmişəm. Dedim də, məni həbsxanada çürüdəcək”.
Prokuror zəngin düyməsini basdı. Katibə qız içəri oldu:
- İki fincan çay gətir.
Qız gətirdi. Prokurorun işarəsilə fincanın birini sürücünün qarşısına qoydu. Prokuror:
- İç.
Sürücünün boğazaından çay keçərdi?
Prokuror polis rəisinə zəng etdi:
- Allah ölənlərinə rəhmət eləsin.
Mənim anam dünyasını dəyişdi. Yeri cənnət olsun. Ona da Allah rəhmət eləsin. Anamı qaytara bilərəm?
Polis rəisinin səsi gəldi:
- Yox, yoldaş prokuror. Səbəbkar cəzasını alacaq, təskinlik taparsınız. Narahat olmayın.
- Yoldaş polkovnik, mən onun tutulmasını istəmirəm. Madam ki, anamı qaytara bilmirəm, onda bir yaşlı uşağı da yetim qoya bilmərəm. Üç uşağı, bir ailə başsız qala bilməz. Həm də sürücü günahsızdır.
Polis rəisi canfəşanlıq elədi:
- Yoldaş prokuror...
Telman Kərimbəyli onun sözünü kəsdi:
- İşi bağlayın, sürücü buradan öz evinə gedəcək. Ailəsinin başı üzərində olsun.
Prokurorun sözlərini eşidən sürücü ayağa qalxdı, bilmədi sevinsin, yoxsa ağlasın. Nə edəcəyini bilməyən kişi özünü prokurorun üstünə atdı, göz yaşlarını axıda-axıda:
- Allah köməyiniz olsun! Çox sağ olun!
Prokurorun ayağına düşmək istədi. Telman Kərimbəyli imkan vermədi. Polis nəfərini çağırıb:
- Bu kişini bir maşına oturdub evinə yola sal, - dedi.

Bakı şəhəri, 13.04. 2025-ci il


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see359

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see272

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see228

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see215

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see211

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see208

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see194

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see187

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see181

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see179

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see173

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see169

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see159

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see156

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see155

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see150

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see150

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri