Icma.az
close
up
RU
Günahı mənim üstümə atmaq istəyirsizsə... Vaqif Cavadov

Günahı mənim üstümə atmaq istəyirsizsə... Vaqif Cavadov

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 32-ci tur matçında "Neftçi"ylə heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bəlkə də komandalar uzun müddətdi meydana belə qələbə əzmi ilə çıxmamışdı. Hər iki tərəf qalib gəlmək istəyirdi. Futbolçularıma təşəkkürüm edirəm. Hamısından razıyam. Səhvlərimizdən qollar buraxdıq. Amma oyundan, xüsusilə birinci hissədən çox razıyam. "Neftçi" çox yaxşı rəqibdi, güclü futbolçuları var. Növbəti matça hazırlaşacağıq. 
- Nə baş verdi ki, rəqib üstünlüyü ələ aldı?
- Kənardan elə görünə bilər. Fərdi səhvlər, "Neftçi"nin adı, oyunçularının ustalıq səviyyəsi futbolçularımda həyəcan yaradırdı. Belə komandaya qarşı belə oynadıqları üçün futbolçularıma alqış düşür.
- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- Qalib gələ bilmədiyimiz üçün məyusam...
- Karaişvilinin səhvinə görə qol buraxdız. Onu meydana buraxdığınıza görə özünüzü günahkar hiss edirsiz?
- Günahı mənim üstümə atmaq istəyirsizsə, problem yoxdu. Amma qalan komandaların baş məşqçilərinə də belə sual versəz, yaxşı olar. 
- Qapıda Xəyal Fərzullayevə şans verdiyinizə görə peşmansız?
- Xəyal Tovuzda qurtarışlar edəndə yaxşı qapıçı idi, indi 2 top buraxıb deyə pisdi? Gəncdi, ona güvənirəm. Ümidvaram ki, Xəyal növbəti oyunlarda da öz sözünü deyəcək.
- Mətbuatın sizə qarşı qərəzli olduğunu düşünürsüz?
- Xeyr. Əksinə, hər zaman dəstəyinizi istəmişəm. Bəzən haqqımda xoş olmayan ifadələri oxuyanda məyus oluram. Gənc məşqçi kimi komanda çətin vəziyyətdə olanda gəlmişəm. Amma təcrübəli məşqçilərə başqa suallar verilir... Belədə məcburam ki, bunu sizə deyim.
- Rövlan mövqeyinin ən yaxşılarındandı. Onu oynatmamağınızın səbəbi nədi?
- Biz 11 oyun qol vurmadıq. Həmin matçlarda Rövlan əsas heyətdə idi. Əvvəlki oyunlarda da start heyətində olub. Bir məhsuldar ötürməsi belə yox idi. Sərtan isə məhsuldar ötürmələr edir. Rövlan şansını gözləməlidi. Onu 10-15 dəqiqə oynatmaqdansa, cavan oyunçuya şans verərəm. Rövlanla problemimiz yoxdu. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri