Icma.az
close
up
RU
Vaqif Cavadov təəccübləndirir

Vaqif Cavadov təəccübləndirir

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il oktyabrın 14-də "Sumqayıt" klubu açıqlama yayaraq yollarını ayırdığı Samir Abasovun yerinə Vaqif Cavadovu müvəqqəti olaraq baş məşqçi təyin etdiyini açıqladı. 

Bu qərar bir qədər gözlənilməz oldu. Axı, ona qədər Azərbaycan millisinin sabiq futbolçusunun məşqçi təcrübəsi yalnız "Sumqayıt"ın əvəzedici heyətindəki bir neçə aylıq işi ilə yekunlaşırdı. Görünür, elə bu səbəbdən rəsmi açıqlamada da 35 yaşlı Cavadovun həmin vəzifəyə təyinatının "müvəqqəti" olduğu qeyd edilirdi. Bu mesajın mənası o idi ki, Cavadov yaxın gələcəkdə yüksək təcrübəsi olan başqa birisi ilə əvəzlənə bilər.

Vaqif Cavadovun rəhbərliyi altında "Sumqayıt" Misli Premyer Liqasında artıq 5 oyun keçirib. Həmin 5 oyundan 3-də isə komanda qələbə qazanıb. Gənc və hələlik yetərli məşqçi təcrübəsi olmayan biri üçün bu, uğurlu nəticə sayıla bilər. Düzdür, ümid etmək istərdik ki, bu gedişat Cavadovu gələcəkdə yaxşı məşqçi olmaq üçün daha səylə çalışmağa həvəsləndirəcək. Unutmayaq ki, Cavadovun məşqçi kimi öyrənəcəyi çox şey var. İlk növbədə o, UEFA-nın PRO dərəcəsini almalıdır. İndi onun belə bir lisenziyası yoxdur və bu, Premyer Liqada çalışan istənilən məşqçi üçün çatışmazlıqdır. 

Amma Vaqif Cavadov məşqçilikdə yenidir, hiss olunur ki, çox istəklidir, müasir futbolu daha yaxından öyrənməyə can atır. Media önünə çıxanda da məsuliyyətli davranır, kobud desək, ağzına nə gəldi danışmır, səviyyəsini qorumağa çalışan bir məşqçi kimi davranır. 

Nəticələrə qayıtsaq, bəli, Cavadov bununla çoxlarını yaxşı mənada təəccübləndirməkdədir.

Düzdür, onun komandasının oyunu müzakirəyə açıq ola bilər. Yəni "Sumqayıt"ın oyununda müsbət dəyişiklərlə yanaşı çatışmazlıqlar da yox deyil. 

Lakin necə deyərlər, ən yaxşı oyun tablodakı nəticədir.

Və biz nəticələrə baxanda geridə qalan 5 oyunda Cavadovun 3 qələbə qazandığını, 2 dəfə isə uduzduğunu görürük. Cavadovun məğlubiyyətləri ilk üçlükdə qərarlaşan 2 komanda ilə oyunda - "Turan Tovuz" (debüt matçı) və "Araz Naxçıvanla"la oyunlarda olub. "Səbail" və "Şamaxı" ilə görüşlərdə, eləcə də büdcəsinə və heyətinə görə "Sumqayıt"dan güclü olan "Sabah"la matçda komanda qələbə qazanıb. Müqayisə üçün qeyd edək ki, Samir Abasovun dönəmində "Sumqayıt" bu mövsüm  keçirdiyi 9 oyunda yalnız 2 qələbə qazanmış, 1 matçda isə heç-heçə etmişdi (7 xal). 

Cavadovun gəlişindən sonra isə komanda artıq 9 xal qazanıb və hazırda turnir cədvəlində 6-cı yerə yüksəlib. "Sumqayıt" 14 oyundan 16 xal toplayıb və bəzən jurnalistlər Cavadova artıq avrokuboklar barədə də suallar ünvanlayırlar. Lakin bu, eyforiyanın təsirindən də ola bilər. Hər halda Vaqif Cavadov üçün hər şey yeni başlayır, qarşıda onu və komandasını gözləyən güclü rəqiblər var. "Sumqayıt" bu mövsüm Cavadovun rəhbərliyi altında hələ "Qarabağ", "Zirə", özünə gəlməyə çalışan "Neftçi" ilə qarşılaşmayıb.

Amma istənilən halda geridə qalan 5 oyundakı 3 qələbə ötən mövsümlə müqayisədə heyəti xeyli zəifləmiş "Sumqayıt" üçün uğurlu nəticə sayıla bilər. 

Lakin bu uğurla gedişatın daimi olması üçün qış fasiləsində heyət də gücləndirilməlidir. 

ELNUR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri