Icma.az
close
up
RU
Günahı qadın və kişidə axtarmayaq...

Günahı qadın və kişidə axtarmayaq...

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanda da problem olan sonsuzluq məsələsi əvvəllər daha çox qadınlarla əlaqələndirilirdisə, son illər kişi faktorunun da ön plana çıxdığı müşahidə olunur. 

Statistik göstəricilərdən də müşahidə etmək olur ki, kişilərdə reproduktiv problemlər artır. Mütəxəssislər bildirirlər ki, bu artımın səbəbi təkcə bioloji faktorlarla izah olunmur. Burada həyat tərzi ilə bağlı faktorlar da böyük rol oynayır. 

Xüsusilə siqaret çəkmək, alkoqol və narkotik  istifadəsi, pis qidalanma, hərəkətsiz həyat tərzi və xroniki stress kişi sonsuzluğuna birbaşa təsir edən amillər sırasındadır. Bu problem vaxtında nəzərə alınmazsa , gələcəkdə daha geniş yayılmış sonsuzluq halları ilə qarşılaşmaq mümkündür. Sonsuzluğun artmasında qadın və kişi faktorları arasında hansı fərqlər var? 

Mövzu ilə bağlı  “Cümhuriyət” qəzetinə açıqlama verən həkim - ginekoloq Ləman Əliyeva bildirib ki, qadın və kişi faktorları arasında müəyyən fərqlər var: 

“Əvvəllər tibbi maarifləndirmənin az olması səbəbindən diqqət daha çox qadın üzərinə yönəlirdi. Lakin son illərdə diaqnostika və laborator imkanlar genişləndikcə, məlum olub ki, sonsuzluq halları təxminən 40-45% kişi, 40-45% qadın, 10–20% isə hər iki tərəflə əlaqəlidir. 

Qadınlarda sonsuzluq adətən yumurtalıq funksiyasının pozulması, boru tıxanıqlığı, endometrioz, hormonal disbalans və ya immunoloji səbəblərlə bağlı olur. Kişilərdə isə əsasən spermatogenezin pozulması - azospermiya, oligospermiya, astenospermiya, varikosel, infeksiyalar, genetik anomaliyalar və həyat tərzi faktorları, yəni stress, siqaret, spirtli içkilər və istilik təsiri üstünlük təşkil edir”. 

Onun sözlərinə görə, hər iki cinsin yaşı reproduktiv sağlamlığına təsir edir: 

“Yaş amili də bu prosesə təsir göstərir. Qadınlarda reproduktiv qabiliyyət 35 yaşdan sonra sürətlə azalır. Kişilərdə isə sperma keyfiyyəti daha yavaş tempdə pisləşsə də, son illərdə stress, toksinlər və oturaq həyat tərzi səbəbindən artıq gənc yaşlarda da keyfiyyət pozulmaları müşahidə olunur”. Həkim- ginekoloq qeyd edib ki, qadınlar tez müalicəyə cəlb olunmaq istəyir: 

“Müalicəyə yanaşma baxımından da qadınlar və kişilər arasında fərq var. Qadınlar müalicəyə daha tez müraciət edirlər və bu prosesdə davamlılıq göstərirlər. Kişilər isə çox vaxt yalnız qadın müalicə olunduqdan sonra və nəticə alınmadıqda müayinə olunmağa razılaşırlar”. 

Uroloq- androloq Hidayət Mustafazadə isə bildirib ki, bu cür düşüncələr insanlarda informasiyanın azlığından yaranır: 

“Sonsuzluq qadın və kişidən asılıdır, yəni ailənin hər iki üzvünə aid problemdir. Kişilərdə sonsuzluğun yaranmasında əlbəttə ki, stress hallarının artması, zərərli vərdişlərdən istifadə kimi amillər mənfi təsir göstərir. Burada “əvvəl” və “sonra” anlayışı ilə məsələni dəyərləndirmək doğru olmaz.

Əvvəllər, insanlarda informasiya çatışmazlığı və gender hüquqlarının pozulması nəticəsində qadınların üzərinə şər atılırdı. Amma söhbət ondan getmir ki, bu, həmişə belə olub. Sonsuzluğun yaranmasında qadın qədər kişi, kişi qədər qadın rol oynayır. Bu problemin bir adı var - sonsuzluq. Bu isə fərdi deyil, ailə problemidir. Ona görə də burada günahkar axtarmağa dəyməz”. 

Gülər
"Cebheinfo.az"

Açar sözlər: qadın kişi Ləman Əliyeva Hidayət Mustafazadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri