Icma.az
close
up
RU
Günay Əfəndiyeva: “Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir”

Günay Əfəndiyeva: “Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bildiyiniz kimi, dünən - 31 iyul 2025-ci il tarixində Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı fərman imzalanmışdır.

Ana dilimizin yaşadılması və yüksək səviyyədə təşviqinə yönəlmiş bu fərman eyni zamanda milli strateji bir sənəddir. Çünki bu gün dilimizin qorunması milli təhlükəsizlik, ideoloji müstəqillik və beynəlxalq mövqemiz baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Bu fərman bir daha göstərdi ki, Azərbaycan dövlətinin dil siyasəti dəqiq, ardıcıl və məqsədyönlü şəkildə formalaşmışdır”.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva 1 avqust "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" ilə bağlı Azərtac-a açıqlamasında deyib.

“Məsələn, mən fərmanda Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə diqqəti xüsusi vurğulamaq istərdim. Bu, çox böyük mədəni-siyasi potensiala malik məsələdir. Uzun illər diplomatik fəaliyyət göstərdiyim üçün, deyə bilərəm ki, ədəbiyyat, sözün əsl mənasında, mədəni diplomatiyanın önəmli vasitələrindəndir. Folklor və ədəbiyyat xalqın keçmişini, düşüncə tərzini, estetik dünyasını olduqca təsirli şəkildə izah edə bilir. Biz Füzulini, Nizamini, Sabiri, Mirzə Cəlili, eləcə də neçə-neçə klassiklərimizi, mütəfəkkirlərimizi, şairlərimizi, yazıçılarımızı xarici dillərə çevirdikcə, Azərbaycanı dünyaya təqdim edirik. Və bilirsiz, bu, sadəcə mədəni tanıtım deyil – bu, Azərbaycanın dünyada ideoloji mövqeyini gücləndirən prosesdir”.

Millət vəkili Sənəddə həmçinin, Dövlət Dil Komissiyasının yeni tərkibdə qurulmasının nəzərdə tutulmasından bəhs edərək, bildirib: “Düşünürəm ki, bizim dil komissiyamız müasir dünyanın reallıqlarına uyğunlaşmalıdır. Təkcə dilçi alimlər yox, həm də media mütəxəssisləri, texnoloqlar, təhsil ekspertləri burada təmsil olunmalıdır. Əgər biz dilin gələcəyindən danışırıqsa, o zaman bu gələcəyi formalaşdıracaq platformalarda – yəni internetdə, süni intellektdə, təhsil mühitində ana dilimizi necə inkişaf etdirəcəyimizi düşünməliyik. Bu, yalnız nəzarət xarakteri daşımır – bu, kreativ təşəbbüslərlə gələcəyə baxışdır. Düşünün ki, biz dilimizi daha da zənginləşdirməliyik – kökləri dərin, amma eyni zamanda budaqları gələcəyə uzanan şəkildə.

Biz unutmamalıyıq ki, dil kitablar, qəzetlər, müxtəlif yazılı mənbələr ilə  yanaşı, sosial mediada, televiziyada, məktəbdə, küçə reklamlarındadır. Bu gün müşahidə edirik ki, sosial şəbəkələr mühitində dil yalnız informasiyanın ötürülməsi vasitəsinə çevrilib. Halbuki dil bizim milli mədəni kimliyimizin kodudur. Yeni fərman bu məsələyə dövlət səviyyəsində müdaxilə imkanı yaradır”. 

Azərbaycan xalqının əsrlər boyunca öz dilinə sahib çıxması və onu daha da zənginləşdirməsindən bəhs edən Günay Əfəndiyeva vurğulayıb: “Ana dili həm yazılı, həm də şifahi ədəbiyyatımızın mayasıdır; ana laylasından tutmuş, beynəlxalq tribunalara qədər hər bir sahədə xalqımızın milli ruhunu ifadə edir. Tariximizin elə səhifələri var ki, orada dilimiz təkcə ifadə vasitəsi deyil, həm də mübarizə silahına çevrilmişdir. Azərbaycan dili dəfələrlə bu mübarizənin mərkəzində olmuşdur. Xüsusilə sovet totalitarizminin sərt illərində – 1930-cu illərdən başlayaraq – milli kimliyimizin daşıyıcısı olan ana dilimiz sıxışdırmalara, təzyiqlərə məruz qaldı. Bu siyasət yalnız rəsmi dairələrdə deyil, ədəbiyyat və mədəniyyət sahəsində də acı nəticələr verdi. Dilini sevən, onu yaşadan söz adamları – Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad və başqaları – milli düşüncəyə sədaqətlərinə görə repressiyalara məruz qaldılar, həyatları yarımçıq sonlandı. Lakin onların yazdıqları, söylədikləri, susdurulmağa çalışılan o doğma söz, o doğma dil – zamanın sınaqlarından güclü çıxdı. Bu gün Azərbaycan dili dövlət dilidir, azaddır, inkişaf yolundadırsa, bu həm də həyatlarını fəda etmiş həmin o söz adamlarının müqəddəs irsi sayəsindədir”.

Deputat bildirib ki, digər tərəfdən, dil siyasəti rus, eləcə də Sovet imperiyası tərəfindən Azərbaycan ilə yanaşı, ümumilikdə türk xalqlarına qarşı məqsədyönlü şəkildə həyata keçirilmişdir: “Sovet ideoloqları yaxşı bilirdilər ki, dil milli kimliyin formalaşmasında açar rolu oynayan bir amildir. Və onlar bu açarı türk xalqlarının bir-birinə açılan qapılarını bağlamaq üçün istifadə etdilər – qardaş dilləri yadlaşdırmaq, ortaq yaddaşı susdurmaq üçün.

Onlar o açarı türk birliyinə, bizim ümumi gələcəyimizə aparan yolları bağlamaq üçün istifadə etdilər. Ümumtürk mədəni inteqrasiyasını onilliklərlə geriyə atdılar.

Amma nəticəsi nə oldu?

Bir baxın, indiki Türk Dünyası mənzərəsinə. Artıq tamamilə başqa reallıq yaranıb və davam edir. Müstəqil türk dövlətləri arasında ortaq əlifbaya keçid təşəbbüsləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində dil və mədəniyyət sahəsində əməkdaşlıqlar, dilin milli birləşdirici vasitə kimi qəbul olunması – bunlar hamısı günümüzün gerçəkliyidir. Və böyük qürurla deyirik ki, Azərbaycan bu prosesin öncüllərindəndir”.

Millət vəkili bildirib ki, Sovet dövründə, yəni 1970-80-ci illərdə, SSRİ-də ana dili məsələsini açıq-açıq müdafiə etmək böyük siyasi riskə getmək idi. Amma Ulu Öndər Heydər Əliyev bunu etdi. 1978-ci ildə məhz Ulu Öndərin qətiyyəti ilə bu maddə Konstitusiyaya salındı – bu, bir SSRİ respublikası üçün böyük cəsarətin nəticəsi idi.

Günay Əfəndiyeva latın qrafikalı Azərbaycan əlifbasına keçidin XX əsrin sonunda milli müstəqilliyimizi möhkəmləndirən mühüm addımlardan biri kimi dəyərləndirib. O bildirib ki, bu, sovet dönəminin ideoloji təsirlərindən azad olmaq idi və müasir informasiya cəmiyyətinə inteqrasiyanı təmin etdi.

Deputat 9 avqust 2001-ci il tarixində Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1 avqust "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü"nün elan olunmasından bəhs edib. O, vurğulayıb ki, Ulu Öndərin bu qərarı dil siyasətinin müstəqil Azərbaycan dövlətinin strateji prioritetlərindən olduğunu  sübut etdi. 

Millət vəkili bildirib ki, dilimizin mühafizəsi sadəcə filoloqlarımızın, dilçilərimizin və ya müəllimlərimizin deyil, bütövlükdə cəmiyyətimizin, bizim hər birimizin vəzifəsidir.

“Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir. Buna görə də ana dilimizi qorumaq üçün ilk növbədə ailədən başlayaraq təhsildə, informasiya mühitində, ictimai idarəetmədə, rəqəmsal platformalarda onun düzgün, səlis və zəngin şəkildə istifadəsində hər birimiz məsuliyyətlə, fəal şəkildə iştirak etməliyik”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri