Günay Əfəndiyeva Aida Balayeva ilə görüşüb
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Astana şəhərinə səfəri çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.
XQ xəbər verir ki, görüşdə Qazaxıstanın yeni birpalatalı parlamenti – Kurultaya seçkilərin keçirilməsindən söz açılıb. Günay Əfəndiyeva TÜRKPA missiyası çərçivəsində beynəlxalq müşahidəçi qismində iştirak etdiyi parlament seçkilərini Qazaxıstan tarixində yeni mərhələ kimi qiymətləndirib. Tərəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım Jomart Tokayevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının davamlı inkişafından bəhs edib. İki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər bir çox mühüm sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti geyd olunub. Azərbaycan və qazax xalqlarını birləşdirən tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və zəngin mədəni irsin ikitərəfli münasibətlərin təməlini təşkil etdiyi diqqətə çatdırılıb. Mədəni layihə və təşəbbüslərin xalqlarımız arasında dostluğun daha da dərinləşdirilməsində mühüm rol oynadığı bildirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində həyata keçirilən bərpa və quruculuq layihələri, eləcə də Qazaxıstanın bu prosesə verdiyi dəstək qeyd olunub. Görüşdə yaradıcı şəxslər və mədəniyyət qurumları arasında əlaqələrin gücləndirilməsi, parlamentlərarası mədəni-humanitar əməkdaşlığın inkişafı, birgə layihələrin təşviqi məsələlərinə toxunulub. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Avqust 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















