Icma.az
close
up
RU
Günaydın restoranlar şəbəkəsi şəhid övladlarını bir araya topladı

Günaydın restoranlar şəbəkəsi şəhid övladlarını bir araya topladı

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Günaydın" ət və restoranlar şəbəkəsi şəhid övladları üçün tədbir təşkil edib.

Tədbirin əsas məqsədi vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək və onların övladlarına diqqət və qayğı göstərmək olub.

Açılış nitqi ilə çıxış edən "Günaydın" ət və restoranlar qrupunun təsisçi ortağı Cüneyt Asan deyib ki, hər il olduğu kimi, bu gün də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları və onların ailələri ilə bir araya gəlmişik.

"Bu Vətəni bizə əmanət edən, bayrağımızın yerə düşməsinə imkan verməyən şəhidlərimizin övladları bizim əmanətimizdir. Şəhid övladlarımız, ailələri üçün nə etsək azdır. Bu can bu bədəndə olduqca, bu torpaqda nəfəs aldıqca, həm Türkiyə, həm də Azərbaycan olaraq şəhid övladlarımızın qayğısını çəkmək bizim borcumuz, vəzifəmizdir. Və biz bu vəzifəni hər zaman yerinə yetirəcəyik.

Sadəcə ildə bir dəfə təşkil olunan bir səhər yeməyi, bir süfrə ilə kifayətlənmək olmaz. Şəhid övladlarımız üçün nə lazımdırsa, onu etməyə hazırıq. Onların haqqını ödəmək mümkün deyil. Vətən, bayraq, millət uğrunda canını verənlərin qarşısında bizim borcumuz heç vaxt ödənə bilməz. Bu səbəbdən yaşadığımız müddətcə, bu müqəddəs torpaqlarda olduqca, şəhid övladları üçün əlimizdən gələn hər şeyi etməliyik. Bu, bizim həm insanlıq, həm də vicdan borcumuzdur.

Bu işdə bizim də az da olsa qatqımız varsa, özümüzü xoşbəxt, qürurlu və şərəfli sayırıq. Bir daha vurğulayıram ki, biz yaşadıqca "Günaydın" ət və restoranlar qrupu olaraq, Türkiyə və Azərbaycan olaraq şəhid ailələrinin və övladlarının hər zaman yanında olacağıq".

Tədbirin təşkilatçılarından olan - "Ələddin" MMC şirkətinin icraçı direktoru, hüquqşünas Arzu Fərəcova deyib, uzun illərdir ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğuluq, 2020-ci il Vətən müharibəsindən sonra şəhidlərimizin övladları, anaları və həyat yoldaşlarının daim yanında olmağa çalışır.

"Bu istiqamətdə dəfələrlə müxtəlif tədbirlər təşkil etmişəm. Hər il ən azı iki dəfə, xüsusilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçiririk.

Bu gün də hər zaman olduğu kimi ənənəmizə sadiq qalaraq şəhid balalarımızın yanındayıq. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlar üçün gözəl bir tədbir təşkil etmişik. Tədbirdə 200-dək şəhid və ailəsini övladını bir araya toplamışıq. Onlara xoş anlar, sevincli saatlar yaşatmağa çalışırıq. Həmçinin tədbirdə uşaqlar üçün müxtəlif əyləncəli şoular təşkil olunub, onlar üçün hədiyyələr də nəzərdə tutulub.

Qonaqlarımız arasında yalnız Vətən Müharibəsi iştirakçılarının övladları deyil, ümumilikdə bütün şəhidlərimizin övladları, nəvələri yer alır. Biz heç bir ayrı-seçkilik qoymamışıq. Çünki müharibəmiz birdir, haqq savaşımız birdir.

Mən hər zaman demişəm: həyatım, imkanım olduğu müddətcə şəhid ailələrinin, onların övladlarının və analarının yanında olacağam. Bu, mənim vətəndaşlıq və vicdan borcumdur.

Bu gün əgər biz başımız dik, alnımız açıq bir şəkildə yaşayırıqsa, bunu ilk növbədə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq. Mən də imkanım çatdığı qədər bu müqəddəs yolda onlarla birgə olmağa çalışıram".

Şəhid ailələrinin və uşaqların iştirakı ilə baş tutan tədbir səmimi və emosional atmosferdə keçib. Uşaqlar üçün əyləncəli proqram hazırlanıb, müxtəlif oyunlar, müsabiqələr və sürprizlər təşkil olunub. Onlara hədiyyələr təqdim edilib, ləziz yeməklərlə süfrə açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri