Icma.az
close
up
RU
Polisinin şəhid övladlarını hərbi salamla qarşılaması...

Polisinin şəhid övladlarını hərbi salamla qarşılaması...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Polisi təkcə qanunun keşiyində dayanmır. O, dövlətimizin qüdrətinin, xalqımızın təhlükəsizliyinin, ictimai sabitliyin və vətəndaşın əmin-amanlığının ən möhkəm dayaqlarından biridir. Gecəsini gündüzünə qatan, Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edən Azərbaycan Polisi hər zaman xalqımızın etimadını doğruldub, dövlətçiliyimizin keşiyində şərəflə dayanıb.

Birinci Qarabağ müharibəsinin ən ağır günlərində, 1992-ci ildə, ordumuzun hələ tam formalaşmadığı bir dövrdə Vətənin müdafiəsinə ilk qalxan qəhrəmanlardan biri məhz Azərbaycan Polisi oldu. Azərbaycanın ilk şəhidləri sırasında polis əməkdaşlarının adlarının yer alması onların Vətənə sədaqətinin, cəsarətinin və fədakarlığının ən parlaq nümunəsidir. Bu şərəfli yol sonrakı illərdə də davam etdi.

44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı polis əməkdaşlarımız digər güc strukturları ilə çiyin-çiyinə döyüşərək, dövlətimizin suverenliyi və ərazi bütövlüyü naminə öz sinələrini sipər etdilər. Çox sayda Polisimiz qəhrəmancasına şəhid olaraq, adlarını Azərbaycan tarixinin şanlı salnaməsinə əbədi həkk etdilər.

Heydər Əliyev Fondunun dəstəyi ilə artıq altı ilə yaxındır ki, həyata keçirilən “Mənim Atam Qəhrəmandır!” və “Mənim Oğlum Qəhrəmandır!” layihələri çərçivəsində minlərlə şəhid anası, şəhid atası və şəhid övladı ilə birlikdəyik. Bu illər ərzində bizi ən çox qürurlandıran məqamlardan biri də Azərbaycan Polisinin şəhid ailələrinə göstərdiyi sonsuz ehtiram, yüksək diqqət və səmimi münasibət olub. Layihələrimizin keçirildiyi bütün tədbirlərdə polis əməkdaşlarının şəhid övladlarını hərbi salamla qarşılaması, onları xüsusi diqqət və qayğı ilə müşayiət etməsi, təhlükəsizliklərini təmin etməsi və hər birinə öz doğma övladı kimi yanaşması şəhid ailələrinin qəlbində dərin minnətdarlıq hissi yaradıb. Bu münasibət şəhid analarının, şəhid atalarının və şəhid övladlarının Azərbaycan Polisinə olan sevgisini, hörmətini və etimadını daha da gücləndirib. Məhz bu sevgi və qayğının nəticəsidir ki, bu gün şəhid övladlarımızın bir çoxu gələcəkdə polis formasını geyinməyi ən böyük arzularından biri hesab edir.

Şəhid övladının qəlbində yaranan bu arzu təsadüfi deyil. Bu, dövlətinə olan inamın, Azərbaycan Polisinə duyulan hörmətin və gördüyü diqqətin ən gözəl bəhrəsidir.

Azərbaycan Polisinə olan hörmətim mənim üçün həm də şəxsi qürur məsələsidir. Çünki bizim ailəmizdə də bu şərəfli peşəni ləyaqətlə daşıyan polis əməkdaşı var. Doğma qardaşımın Azərbaycan Polisinin sıralarında Vətənə sədaqətlə xidmət etməsi mənim üçün böyük fəxr mənbəyidir. Doğma qardaşımla, polis dostlarımla və Vətənə sədaqətlə xidmət edərək bu şərəfli formanı ləyaqətlə daşıyan hər bir polis əməkdaşı ilə qürur duyuram.

Bu gün bir daha əminliklə deyə bilərik ki, Azərbaycan Polisi təkcə asayişin keşiyində dayanmır. O, şəhid ailələrinin yanında dayanır, şəhid əmanətlərinə sahib çıxır və xalqına xidmət etməyi özünün ən müqəddəs vəzifəsi hesab edir. Bu isə hər birimiz üçün böyük qürur və güvən mənbəyidir.

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə “Mənim Atam Qəhrəmandır!” və “Mənim Oğlum Qəhrəmandır!” layihələrinin Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən şəhid ailələri üzrə koordinatorları, şəhid anaları, şəhid ataları, şəhid ailələri və şəhidlərimizin bizə əmanət etdiyi əziz övladları adından Azərbaycan Respublikasının Daxili İşlər naziri, hörmətli general-polkovnik Vilayət Eyvazov başda olmaqla, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini və Azərbaycan Polisinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli xidmətdə yeni-yeni uğurlar arzulayırıq.

Şəhid ailələrinə göstərdiyiniz yüksək diqqətə, ehtirama və qayğıya, şəhid övladlarını öz doğma övladlarınız kimi qoruyub əzizləməyinizə, ölkəmizdə sabitliyin, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması naminə gecə-gündüz demədən göstərdiyiniz fədakar xidmətə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bu səmimi münasibətiniz şəhid ailələrinin qəlbində Azərbaycan Polisinə olan hörməti, sevgini və etimadı daha da möhkəmləndirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun! Uca Allah Azərbaycan Polisini, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini, dövlətimizi və xalqımızı daim qorusun!

Peşə bayramınız mübarək olsun!

Yaşasın Azərbaycan Polisi!

Yaşasın qüdrətli Azərbaycan!

Mircəlal Qurbanov

“Mənim oğlum qəhrəmandır!””, “Mənim atam qəhrəmandır!” layihəsinin rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 İyul 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri