Icma.az
close
up
RU
Gündə 2 litr su için qaydası tarixə qovuşdu: Elm dünyasından yeni açıqlama

Gündə 2 litr su için qaydası tarixə qovuşdu: Elm dünyasından yeni açıqlama

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onilliklərdir ki, sağlam qalmaq üçün gündə ən az 8 stəkan və ya 2 litr su içməli olduğumuz deyilir. Lakin son elmi araşdırmalar bu "qızıl qaydanın" hər kəs üçün keçərli olmadığını və hətta bəzi hallarda yanlış anlaşıldığını ortaya qoyub.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu qayda 1945-ci ildə bir qida komissiyasının tövsiyəsinə əsaslanır. Lakin o dövrdəki tövsiyədə mühüm bir detal unudulub: "İçdiyimiz suyun böyük hissəsi qidalardan gəlir." İnsanlar bu tövsiyəni yalnız "saf su içmək" kimi başa düşüblər və illərdir bu yanlış fikir populyarlığını qoruyub.

Yeni araşdırmalar sübut edir ki, insanın su ehtiyacı bir çox fərdi amildən asılıdır:

Kişilərin, qadınların və uşaqların metabolik ehtiyacları fərqlidir. İdmanla məşğul olan birinin ehtiyacı ilə ofisdə oturanınkı eyni deyil. İsti və rütubətli bölgələrdə yaşayanlar daha çox maye itirirlər. Meyvə və tərəvəz ağırlıqlı qidalananlar maye ehtiyacının bir hissəsini artıq yeməklərdən alırlar. Susuzluq hissi

Alimlər qeyd edirlər ki, sağlam bir insan bədəni nə vaxt suya ehtiyacı olduğunu susuzluq siqnalı ilə mükəmməl şəkildə bildirir. Məcburi şəkildə, ehtiyac hiss etmədən həddindən artıq su içmək böyrəkləri artıq yükləyə bilər və qanda natrium səviyyəsinin düşməsinə (hiponatremiya) səbəb ola bilər ki, bu da sağlamlıq üçün risklidir.

Müasir tibb "standart litr" rəqəmlərindən uzaqlaşmağı tövsiyə edir. Bunun əvəzinə:

Bədəninizin susuzluq siqnallarını dinləyin.

Sidiyin rənginə diqqət edin (açıq sarı rəng kifayət qədər su içdiyinizi göstərir).

Qidalardakı (şorba, meyvə, tərəvəz) su miqdarını nəzərə alın.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Yanvar 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri