Icma.az
close
up
RU
Gündə neçə litr su içmək lazımdır? Məşhur “2 litr” qaydası doğrudurmu?

Gündə neçə litr su içmək lazımdır? Məşhur “2 litr” qaydası doğrudurmu?

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

"Gündə ən azı 2 litr su için”. Bu tövsiyə illərdir həm həkimlərin, həm də sağlam həyat tərzi ilə bağlı məsləhətlərin ayrılmaz hissəsinə çevrilib. Hətta bir çox insan gün ərzində neçə stəkan su içdiyini xüsusi olaraq izləyir. 

Bəs hamının qəbul etdiyi bu "2 litr” qaydası doğrudanmı elmi fakta əsaslanır?

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin bir hissəsi hesab edir ki, "2 litr” ifadəsi zamanla yanlış formada ümumiləşdirilib. Çünki gündəlik maye ehtiyacı hər bir insan üçün fərqlidir və buna yaş, cins, bədən çəkisi, fiziki aktivlik, iqlim şəraiti, hətta qəbul edilən qidalar da təsir göstərir.

Əslində orqanizm mayeni yalnız sudan almır. Meyvə və tərəvəzlər, şorbalar, süd, çay və digər içkilər də gündəlik maye balansına töhfə verir. Məsələn, qarpızın təxminən 90 faizindən çoxu, xiyarın isə təxminən 95 faizi sudan ibarətdir.

Müxtəlif beynəlxalq səhiyyə qurumlarının tövsiyələrinə əsasən, sağlam yetkin şəxslər üçün gündəlik maye ehtiyacı orta hesabla qadınlarda təxminən 2,7 litr, kişilərdə isə 3,7 litr hesab edilir. Lakin bu göstəriciyə yalnız içilən su deyil, qidalardan və digər içkilərdən alınan maye də daxildir. Bu səbəbdən hər kəsin əlavə olaraq mütləq 2 litr su içməsi zəruri hesab edilmir.

İsti hava şəraiti, idman, ağır fiziki əmək, yüksək hərarət və ya bəzi xəstəliklər zamanı isə orqanizmin mayeyə tələbatı artır. Əksinə, müəyyən böyrək və ürək xəstəlikləri zamanı həddindən artıq su qəbulu təhlükəli ola bilər və maye miqdarı məhdudlaşdırıla bilər.

Maraqlı məqamlardan biri də odur ki, son illər sosial şəbəkələrdə "nə qədər çox su içsən, bir o qədər sağlam olarsan” kimi iddialar geniş yayılsa da, elmi araşdırmalar bunu təsdiqləmir. Həddindən artıq su qəbulu nadir hallarda olsa da, qanda natrium səviyyəsinin təhlükəli dərəcədə azalmasına (hiponatremiya) səbəb ola bilər. Bu vəziyyət xüsusilə qısa müddətdə çox böyük həcmdə su qəbul edildikdə yaranır.

Mütəxəssislər bildirirlər ki, orqanizmin susuz qalmamasını təmin etməyin ən sadə yolu susuzluq hissinə diqqət yetirmək və sidiyin rəngini izləməkdir. Açıq sarı rəng adətən kifayət qədər maye qəbulunun göstəricisi sayılır.

Şahanə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 31 İyul 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri