Icma.az
close
up
RU
Gündə 2,15 dollarla yaşamaq: Dünyanın ən kasıb ölkələri...

Gündə 2,15 dollarla yaşamaq: Dünyanın ən kasıb ölkələri...

Icma.az bildirir, Sherg.az portalına istinadən.

2019-cu ildən bəri yoxsulluğun aradan qaldırılması sahəsində demək olar ki, heç bir irəliləyiş olmayıb

Dünya üzrə 700 milyon insan gündə 2,15 dollardan az gəlirlə dolanır. BMT-nin məlumatına görə, 2019-cu ildən bəri yoxsulluğun aradan qaldırılması sahəsində demək olar ki, heç bir irəliləyiş olmayıb.

Sherg.az xəbər verir ki, Dünya Bankının 2024-cü il üçün hazırladığı hesabatına görə, dünya əhalisinin təxminən 8,5%-i həddindən artıq yoxsulluq səviyyəsində yaşayır.

Məlumatlara görə, dünyada təxminən 700 milyon insan gündə şəxsi başına 2,15 dollardan az gəlirlə dolanmalı olduğundan “həddindən artıq yoxsul” kateqoriyasına daxildir.

Dünya üzrə təxminən 1 milyard insan gündə 2,15 ilə 3,65 dollar arasında gəlirlə yaşayır, dünya əhalisinin təxminən yarısı isə gündə 6,85 dollardan aşağı gəlirlə həyatını davam etdirir.

Digər tərəfdən, Şərqi Asiya, Sakit okean və Cənubi Asiya son 25 ildə yoxsulluğun ən çox azaldığı bölgələr kimi önə çıxır.

BMT-nin hesabatına görə, 1990-2019-cu illər arasında həddindən artıq yoxsulluq sürətlə azalırdı, lakin Covid-19 pandemiyası və sonrakı böhranlar, son onilliklərin ən böyük qlobal yoxsulluq artımına səbəb oldu. 2019-cu ildən bəri yoxsulluğun aradan qaldırılması sahəsində demək olar ki, heç bir irəliləyiş qeydə alınmayıb.

Cənubi Asiya və Səhranın cənubundakı insanların böyük əksəriyyəti daxil olmaqla, dünya əhalisinin təxminən yarısı, bir çox yuxarı orta gəlirli ölkələrdə yoxsulluq sayılacaq iqtisadi rifah səviyyəsinin altında yaşayır.

2030-cu illərdə dünya əhalisinin təxminən 7,3%-nin həddindən artıq yoxsulluq içində yaşayacağı proqnozlaşdırılır və bu dövrdə yalnız 69 milyon insanın həddindən artıq yoxsulluqdan çıxacağı gözlənilir.

“Visual Capitalist” onlayn media platformasının, Beynəlxalq Valyuta Fondunun (IMF) 2025-ci ilin aprelindəki Dünya İqtisadi Baxış hesabatına əsaslanan məlumatlarına görə, ölkələrin şəxsi başına düşən ümumi daxili məhsulu (ÜDM) nəzərə alındıqda dünyanın ən kasıb ölkələrinin böyük əksəriyyətinin Səhranın cənubunda yerləşdiyi görünür.

Güney Sudan, şəxsi başına 251 dollar ÜDM ilə dünyanın ən kasıb ölkəsi olaraq siyahının birinci pilləsindədir, bu ölkəni isə şəxsi başına 417 dollar ÜDM ilə Yaxın Şərq ölkəsi Yəmən izləyir.

Şərqi Afrikada yerləşən Burundi təxminən 490 dollar şəxsi başına ÜDM ilə üçüncü sıradadır, 532 dollarla Orta Afrika Respublikası isə siyahıda dördüncü yerdə qərarlaşıb.

Bu ölkələri sırasıyla 580 dollarla Malavi, 595 dollarla Madaqaskar, 625 dollarla Sudan, 663 dollarla Mozambik, 743 dollarla Demokratik Konqo Respublikası, 751 dollarla Niger izləyir və bu ölkələr dünyanın ən kasıb 10 ölkəsi olaraq sıralanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri