Icma.az
close
up
RU
Gündə iki saat işləyib bir ilə 42 milyon qazandı

Gündə iki saat işləyib bir ilə 42 milyon qazandı

News24 saytına istinadən Icma.az xəbər verir.

News24.az xəbər verir ki, Filadelfiyada doğulan Matthews, gənclik illərini “həyata çətin bir başlanğıc” kimi təsvir edir. Universitetdə baş verən bir davada “ağır hücum” ittihamı ilə altı ay həbsdə yatıb, daha sonra isə sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyi üçün yenidən cəza alıb.

Matthews deyir:

> “Birinin keçmişində cinayət qeydi varsa, heç kim nə diplomuna, nə də təcrübəsinə baxır. Cəmiyyət səni dərhal kənara itələyir.”

200-dən çox iş müraciətinə rədd cavabı aldıqdan sonra o, öz biznesini qurmaq qərarına gəlib:

> “Məcbur qalıb sahibkar oldum, çünki diplomam olsa da, məni işə götürmürdülər.”

CNBC-nin xəbərinə görə, Matthews 2017-ci ildə uşaqlıq dostu Darnell Hinton ilə birlikdə “Wonderful Cleaning” adlı təmizlik şirkəti yaradıb. Əvvəlcə qardaşının evini təmizləməklə başlayıb, az sonra isə kommersiya təmizliyi müqavilələri imzalamağa başlayıb.

İkinci ilin sonunda o, ayda 12 min dollar qazanırdı.

Bu gəlirlə o, 2020-ci ildə ikinci biznesi — “R&R Junk Removal” adlı metal və tullantı toplama şirkətini açıb. İlk ildə bu biznesdən 100 min dollar gəlir əldə edib.

Qazancını daşınmaz əmlaka yatıraraq Filadelfiyada 16 mülkün sahibi olub və bu yatırımlardan ayda təxminən 11 min dollar gəlir qazanmağa başlayıb.

2024-cü ildə Matthews Hyustona köçərək 40 min dollarlıq kreditlə “Goodies Soul Kitchen” adlı yemək maşını (food truck) açıb.

Matthews etiraf edir:

> “KFC-də qısa müddət işləmişdim, amma yemək biznesindən xəbərim yox idi. İlk gün maşını necə işə salacağımı belə bilmirdim.”

İlk ayda aşpaz işi tərk etdikdən sonra Matthews məcburən mətbəxə keçib:

> “Heç nə bilmirdim, amma öyrənməli idim. O anda qərar verdim ki, öz aşpazım olacam.”

O deyir ki, bu biznesdə ilhamı böyük fast-food şəbəkələrindən alıb:

> “Onların uğuru yeməyin özündə deyil, xidmətdədir. Pul sistemdə və keyfiyyət standartındadır.”

“Goodies Soul Kitchen”da qızardılmış toyuq, quzu pirzolası, balıq, şirin kartof püresi kimi yeməklər satılır.

Restoran axşam saat 7-dən səhər 3-ə qədər açıq olur, amma Matthews əməliyyata yalnız 2 saat şəxsən nəzarət edir.

Yalnız 2024-cü ildə onun biznesinin ümumi gəliri 1 milyon dolları (təxminən 42 milyon manat) keçib. Matthews 2025-ci ilin sonuna qədər bu rəqəmin daha da artacağını gözləyir.

Vüsal

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Oktyabr 2025 06:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri