Icma.az
close
up
RU
Gündəlik gərginlikdən çıxış yolu: Psixoloqun sadə, amma təsirli MƏSLƏHƏTLƏRİ

Gündəlik gərginlikdən çıxış yolu: Psixoloqun sadə, amma təsirli MƏSLƏHƏTLƏRİ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gündəlik həyatda iş yükü, sosial münasibətlər və şəxsi problemlər səbəbindən insanlar tez-tez gərgin və əsəbi olurlar.

Belə vəziyyətlərdə onların psixoloji rahatlıq tapması üçün hansı sadə üsullar və praktik vərdişlər tövsiyə edilir?

Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, gündəlik həyatımızda iş yükü, sosial münasibətlər və şəxsi problemlər insanlarda həm psixoloji, həm də emosional yorğunluq yaradır:

"Əslində, hər bir insan bu cür gərginliklərlə üzləşə bilər. Vacib olan odur ki, biz özümüzə düzgün yanaşmağı və daxili tarazlığımızı qorumağı öyrənək. Bunun üçün bir neçə sadə, lakin effektiv üsul mövcuddur:

Dərin nəfəs alma və meditasiya etmək. Bir neçə dəqiqəlik dərin nəfəs məşqləri sinir sistemini sakitləşdirir. Meditasiya və ya sadəcə zehnin sakitləşdirilməsi beyində stres hormonlarının azalmasına kömək edir. Fiziki aktivlik isə gündəlik qısa yürüş, idman və ya sadəcə yüngül hərəkətlər orqanizmdə xoşbəxtlik hormonlarını endorfinləri artırır və gərginliyi azaldır".

Psixoloq qeyd etdi ki, vaxtın düzgün idarə olunması, iş və şəxsi həyat arasında balans yaratmaq çox önəmlidir.

"Planlı hərəkət etmək həm təzyiqi azaldır, həm də məhsuldarlığı artırır. Sosial dəstək də vacib nüanslardandır. Dostlarla, ailə üzvləri ilə ünsiyyət emosional yüngülləşməyə səbəb olur. Problemləri paylaşmaq bəzən onların yükünü yarıbayarı azaldır.

Kiçik xoşbəxtlik mənbələri tapmaq. Məsələn, kitab oxumaq, sevdiyiniz musiqini dinləmək, bir fincan isti çay içmək kimi sadə vərdişlər də insanın psixoloji rahatlığına böyük təsir göstərə bilər. Öz hisslərimizi qəbul etməli, gərginlik və əsəb hər kəsdə ola bilər deməyi bacarmalıyıq. Bu hissləri inkar etmək əvəzinə onları tanımaq və idarə etməyi öyrənmək daha sağlam bir yanaşmadır. Əsas məsələ hər gün özünə az da olsa qayğı göstərməkdir. İnsan zehni və emosional sağlamlığına diqqət yetirdikcə, streslə daha sağlam mübarizə aparır və həyat keyfiyyəti yüksəlir", - deyə Zeynəb Əyyubova əlavə etdi.

Xədicə BAXIŞLI                                                                                                                                                 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri