Icma.az
close
up
RU
“Gündoğar ölkə”nin gilənar təntənəsi

“Gündoğar ölkə”nin gilənar təntənəsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hanami” yaponların Novruzudur

Bugünlərdə Tokioda gilənar ağaclarının çiçəkləməsi şəhərin bağ-bağçalarını ağ örpəyə bürüyüb. Yaponlar min ilə yaxındır ki, hər il yazın əvvəllərində gilənar (sakura) ağacının çiçək açmasını bayram edirlər. “Gündoğar ölkə”də bu bayramı “hanami” adlandırırlar. Yapon dilində bu sözün hərfi mənası “çiçəklərdən zövq alma” deməkdir.

Aprelin ilk günləri paytaxt Tokioda gilənar ağaclarının tam çiçəklənmə dövrüdür. Bu günlərdə bu nəhəng meqapolisin küçə, park və meydanlarında qələbəlik olur. Əhali hər il albalı ağacının çiçək açmasını şəxsi həyatlarında yeni dönəmin başlanğıcı kimi qəbul edirlər. Bu mənada “hanami” hardasa bizim Novruz bayramına bənzəyir.

Bu günlərdə Tokionun məşhur Yeno parkında 1000-dən çox sakura çiçək açıb. Çiçəklər ətrafa nağılvari bir gözəllik və xoş ovqat bəxş edir. Təkcə çiçəklər deyil, onların ləçəklərinin çox sayda öz rəng çalarları var. Hətta ən mahir rəssamlar belə bu gözəlliyi olduğu kimi təsvir etməkdə çətinlik çəkdiklərini etiraf edirlər.

“Hanami” bayramı günlərində ölkənin adi həyatı sanki donur. Ata və analar, baba və nənələr, yeniyetmə və tələbələr, məmurlar və iş adamları, bir sözlə, hamı gilənar ağaclarının çiçəklədiyi parklara axışırlar. Sakinlər çiçək çətirli ağacların altında bardaş qurub oturur, çox vaxt özləri ilə gətirdikləri ləziz təamlardan dadırlar. Hamı bir-biri ilə bayramlaşır, xatirə fotoları çəkdirir.

Uşaqlar isə bu günlərdə, adətən, “hanami–uki” oynayırlar. Oyun zamanı iştirakçılar sakura budaqlarından qopan çiçək ləçəklərini havadaca tutmağa çalışırlar. Kimin ovcunda daha çox ləçək olsa, təbii ki, o, qalib hesab olunur.

“Hanami” bayramının qədim tarixi var. Belə ki, əsrlər, qərinələr öncə yapon imperatorları gilənarlar gül açanda dost ölkələrdən ali qonaqları dəvət edərdilər. XVII əsrdən etibarən isə “hanami” ümumxalq bayramına çevrilib. Bu gözəl ənənə günümüzdə yeni şövq və sevgi ilə davam etdirilir.

Albalı ağaclarının çiçəkləməsini günün istənilən çağında, istər səhər, istərsə də gündüz, hətta axşamlar müşahidə etmək olar. Gecələr təşkil edilən hanamilərə isə “yozakura” deyilir. Bunun öz heyranları, xiridarları olur.

Bayramın mərkəzi məkanı sayılan paytaxtın Yeno parkının bir çox sərt qaydaları da mövcuddur. Ərazini çirkləndirmək və gilənar budaqlarını əymək və onların üzərindəki gülləri əzmək olmaz. Axı “hanami” özündə saflıq, təmizlik və toxunulmazlığı ehtiva edir.

Qeyd edək ki, Yaponiya sakinləri sakuranı ölkələrinin rəmzi, bu ağacın çiçəklərini isə ölkənin qeyri-rəsmi gerbi hesab edirlər. Açdıqdan bir-iki həftə sonra tökülməyə başlayan sakura həyat üçün inanılmaz yaxşı bir metaforadır: həyat qısa, gözəllik müvəqqətidir, ona görə hər şeyin dadını çıxarmaq şərtdir!

İlk çiçəklənmədən son çiçəklənməyə qədər albalı ağacı mövsümü bir ay çəkir, hər bir ağac təxminən bir həftəyə qədər çiçəkli qalır. Ağacların ömrü isə, ümumiyyətlə, 16–20 ildir. Sakuraların bəzi növləri 250 ilə qədər yaşaya bilər. Ən yaşlı albalı ağacının 2000 ilə qədər ömrü olduğu ehtimal olunur.

Yaponların gilənar ağaclarının çiçəklərinə olan sonsuz sevgisini ilk dəfə keçmiş ittifaq oxucuları üçün ötən əsrin 70-ci illərində “İzvestiya” qəzetinin Yaponiyada xüsusi müxbiri vəzifəsində çalışmış tanınmış jurnalist Vsevolod Ovçinnikov “kəşf edib”. Onun MDB məkanında “bestsellər” ə çevrilən “Sakura budağı” əsəri Azərbaycan dilinə də tərcümə olunub.

M.HACIXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri