Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Gündoğar ölkədən Odlar yurduna uzanan yol

Gündoğar ölkədən Odlar yurduna uzanan yol

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyanın investisiya hədəfləri və Azərbaycan reallıqları

Uzun illər ərzində formalaşmış ənənəvi ticarət yollarının, təchizat zəncirlərinin risk altına düşməsi fonunda Şərq ilə Qərb arasında daha təhlükəsiz və dayanıqlı bağlantıların qurulması zərurəti meydana çıxıb. Belə qlobal konyuktura şəraitində Gündoğar ölkə – Yaponiya strateji baxışlarını uzaq Şərqdən Qərbi Asiyaya, xüsusən də Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna çevirməkdədir.

2025-ci ilin dekabr ayında Yaponiyanın Baş naziri Sanae Takaitinin Mərkəzi Asiyanın beş dövlətinin liderləri ilə keçirdiyi tarixi görüş Tokionun xarici siyasət kursunda baş verən mühüm dəyişikliklərin carçısı sayılır. Bu görüşdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan rəhbərləri ilə bir araya gələn xanım Takaiti rəsmi Tokionun “Orta Dəhliz” layihəsinə strateji dəstək verəcəyini bəyan etməklə, əslində, Yaponiyanın Avrasiya strategiyasında Azərbaycanın mərkəzi rolunu təsdiqləyir. Çünki coğrafi imperativlər və logistik reallıqlar onu diktə edir ki, Mərkəzi Asiyadan başlayan hər hansı qlobal marşrutun Avropaya və dünya bazarlarına çıxışı məhz Xəzər dənizi və Azərbaycan üzərindən keçməklə mümkündür.

Yaponiyanı Cənubi Qafqaz marşrutlarına yönəldən qlobal amillər var. İkinci Dünya müharibəsindən sonrakı dövrdə qlobal ticarətin əsas damarlarını okean yolları və Süveyş kanalı təşkil edirdisə, XXI əsrin üçüncü onilliyində dəniz yollarında artan təhlükəsizlik riskləri, xüsusilə Qırmızı dəniz hövzəsindəki qeyri-sabitlik, həmçinin Şimal marşrutu üzərindəki geosiyasi gərginliklər və sanksiya rejimləri, alternativlərə olan tələbatı həyati zərurətə çevirir. Sənaye nəhəngi olan Yaponiya üçün xammalın, xüsusilə nadir metalların və enerji resurslarının fasiləsiz təchizatı, eyni zamanda, istehsal olunan yüksək texnoloji məhsulların Avropa bazarlarına çatdırılması milli təhlükəsizlik məsələsidir. Rusiya ərazisindən keçən Trans–Sibir magistralının siyasi səbəblərdən cəlbediciliyini itirməsi Tokionun diqqətini cənub istiqamətinə – tarixi İpək Yolunun bərpasına yönəldib. Lakin Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində hegemonluq etdiyi marşrutlardan fərqli olaraq, Yaponiya şaxələndirmə siyasətinə üstünlük verir və burada Orta Dəhliz optimal variant kimi çıxış edir.

Sanae Takaitinin Mərkəzi Asiya turnesi və “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsindəki son zirvə toplantısı diplomatik protokol xarakteri daşımır. Tərəflər arasında əldə olunan razılaşmaların mahiyyəti onu göstərir ki, Tokio regionda infrastrukturun arxitekturasını formalaşdıran strateji tərəfdaş qismində iştirak etmək niyyətindədir. Mərkəzi Asiya ölkələrinin dənizə çıxışının olmaması, onların dünya bazarlarına inteqrasiyasını məhdudlaşdırırdı. İndi isə Xəzər dənizi üzərindən Azərbaycana, oradan Türkiyə və ya Qara dəniz vasitəsilə Avropaya uzanan dəhliz həm Mərkəzi Asiya dövlətləri, həm də Yaponiya üçün “nəfəslik” rolunu oynayır.

Azərbaycanın qeyd olunan proseslərdəki rolu əvəzolunmazdır və həlledici xarakter daşıyır. Rəsmi Bakı son iki onillikdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində müasir infrastruktur yarada bilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti və Ələt Azad İqtisadi Zonası, Yaponiyanın nəzərdə tutduğu tranzit axınının qəbul edilməsi və emalı üçün hazır platformadır. Yaponiya şirkətlərinin, xüsusilə “Itochu”, “Mitsubishi” və “Mitsui” kimi nəhəng korporasiyaların Azərbaycandakı enerji layihələrində uzunmüddətli təcrübəsi nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Rəsmi Bakı üçün Yaponiyanın proseslərə aktiv qoşulması xarici siyasətdəki balanslaşdırma strategiyasına tam uyğundur. Azərbaycan heç bir qlobal gücün inhisarına düşmədən, çoxtərəfli əməkdaşlıq formatında milli maraqlarını təmin etməyi bacarır. Yapon texnologiyası və kapitalının regiona gəlişi, infrastrukturun modernləşdirilməsini sürətləndirməklə yanaşı, həm də siyasi dividend gətirir.

Dekabr görüşündən sonra cərəyan edə biləcək hadisələrin ssenarisini proqnozlaşdırdıqda, Azərbaycan–Yaponiya münasibətlərində yeni dinamikanın şahidi olacağımız şübhəsizdir. İlk növbədə, Bakı Limanının genişləndirilməsi və logistik imkanların artırılması layihələrinə Yaponiyanın güzəştli kreditləri və ya birbaşa investisiyaları cəlb oluna bilər. Xüsusilə, liman əməliyyatlarının avtomatlaşdırılması, rəqəmsal qeydiyyat texnologiyası əsasında vahid platformanın yaradılması və gömrük prosedurlarının sürətləndirilməsi sahəsində Tokio öz təcrübəsini bölüşməyə hazırdır.

Baş nazirin Mərkəzi Asiya səfərində vurğuladığı “insan resurslarının inkişafı” və “dekarbonizasiya” məsələləri Azərbaycanın prioritetləri ilə üst-üstə düşür. COP29 sədrliyindən sonra Azərbaycanın qlobal iqlim gündəliyindəki liderliyi, “Yaşıl Enerji Dəhlizi”nin yaradılması təşəbbüsləri Yaponiyanın “Yaşıl İnkişaf Strategiyası” ilə tam harmoniyadadır. Xəzər dənizinin külək enerjisi potensialının istifadəsi və yaşıl hidrogen istehsalı sahəsində Yaponiya texnologiyalarının tətbiqi, enerji əməkdaşlığını neft-qaz çərçivəsindən çıxararaq gələcəyin texnologiyalarına daşıyacaq.

Hadisələrin gələcək inkişafında Türk Dövlətləri Təşkilatı (TDT) amili də nəzərə alınmalıdır. Mərkəzi Asiyanın dörd türk dövləti və Azərbaycanın TDT çərçivəsindəki inteqrasiyası Yaponiyanın regionla əməkdaşlığını asanlaşdıran vahid platforma effekti yaradır. Yaponiyanın TDT ilə müşahidəçi və ya tərəfdaş qismində əlaqələr qurması, layihələrin daha çevik və koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan verəcəkdir.

Yaponiyanın Orta Dəhlizə strateji baxışı həm də Əfqanıstandakı vəziyyət və Cənubi Asiya regionundakı proseslərlə əlaqəlidir. Regionun sabitliyi və inkişafı radikalizmin yayılmasının qarşısını alan ən effektiv vasitədir. Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıqlar Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi şans verib. Yaponiyanın bu prosesə dəstəyi Ermənistanın revanşist xülyalardan əl çəkərək regional layihələrə qoşulmasını təşviq edə bilər. Yaponiya hökumətinin Orta Dəhlizə yönəlik strateji marağının arxasında duran digər amil qlobal enerji keçidi və hidrogen iqtisadiyyatının formalaşmasıdır. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə nəhəng potensialı Yaponiyanın “2050-ci ilə qədər karbon neytrallığı” hədəfi ilə bilavasitə uzlaşır. Xəzər dənizindən əldə olunacaq yaşıl enerjinin gələcəkdə nəqli məsələsi Tokionun uzunmüddətli planlarında yer alır. Əgər ənənəvi karbohidrogenlər indiki mərhələdə əhəmiyyətli yer tutursa, gələcək onilliklərdə enerji daşıyıcılarının tərkibi dəyişsə də, marşrut dəyişməz qalacaq.

Yaponiyanın Orta Dəhlizə qoşulması marşrutun statusunu transkontinental səviyyəyə qaldırır. Azərbaycan bu nəhəng prosesin mərkəzi hissəsi, birləşdirici bəndi və ən vacib ölkəsidir. Rəsmi Bakının uzaqgörən siyasəti illər öncə qoyulmuş sərmayələrin və yaradılmış infrastrukturun bu gün qlobal güclər tərəfindən yüksək qiymətləndirildiyini sübut edir. Bu mənzərə Azərbaycanın düzgün yolda olduğunu, Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın qlobal trendlərlə səsləşdiyini və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiq olduğu yüksək mövqeyi tutduğunu bir daha təsdiqləyir.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri