Icma.az
close
up
RU
Gündüz yuxululuğu ilə əlaqəli yeni qan molekulları aşkarlanıb ARAŞDIRMA

Gündüz yuxululuğu ilə əlaqəli yeni qan molekulları aşkarlanıb ARAŞDIRMA

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 avqust, AZƏRTAC

“Mass General Brigham” və “Beth Israel Deaconess” Tibb Mərkəzinin tədqiqatçıları gündüz ifrat yuxululuq (EDS) ilə əlaqəli yeddi qan molekulunu müəyyən ediblər.

AZƏRTAC xəbər verir ki, araşdırma nəticələri “eBioMedicine” jurnalında dərc olunub.

EDS əhalinin təxminən üçdə birində müşahidə olunur və ürək-damar xəstəlikləri, piylənmə və diabet riskini artırır. Tədqiqatda 877 metabolit analiz edilib və 6000-dən çox iştirakçının qan nümunələri araşdırılıb. Nəticələr Böyük Britaniya və Finlandiyada aparılan əlavə tədqiqatlarla da təsdiqlənib.

Mühüm tapıntılara görə, omega-3 və omega-6 yağ turşuları (Aralıq dənizi tipli qidalanmada rast gəlinir) EDS riskinin azalması ilə əlaqələndirilib. Tiramin (fermentasiya olunmuş və yetişmiş qidalarda mövcuddur) xüsusilə kişilərdə yuxululuğun artması ilə bağlıdır. Cinsi hormonlarla əlaqəli metabolitlər (məsələn, progesteron) melatonin sintezi və yuxu proseslərinə təsir göstərə bilər. Tədqiqatçılar nəticələrin EDS üçün yeni müalicə hədəfləri təqdim edə biləcəyini bildirirlər. Onların fikrincə, pəhriz dəyişiklikləri və ya dərman müdaxilələri gündüz yuxululuğunun qarşısını almaqda faydalı ola bilər. Gələcəkdə klinik sınaqların aparılması və naməlum metabolitlərin öyrənilməsi planlaşdırılır.

Professor Tariq Faquih bildirib: “Bioloji mexanizmləri anlamaqla, EDS-nin səbəbini və kimlərdə yüksək risk ola biləcəyini müəyyən edə bilərik. Bu, həm ilkin diaqnostika, həm də müalicə imkanlarını genişləndirə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri