Icma.az
close
up
RU
“Qaçqınkom” tenderini Mehdiyevin bankı ilə əlaqəli olan şirkətə verib ARAŞDIRMA

“Qaçqınkom” tenderini Mehdiyevin bankı ilə əlaqəli olan şirkətə verib ARAŞDIRMA

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom” kimi tanınır-red.) daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, Komitə “İnformasiya Texnologiyaları İnfrastrukturunun Modernləşdirilməsi və İllik Xidmətlərin satınalınması” üzər keçirdiyi müsabiqənin nəticəsini açıqlayıb.

Məlum olub ki, tenderin qalibi “İNNOVA TECHNOLOGY CENTER” MMC seçilib. Şirkət dövlət qurumundan sözügedən sifarişi həyata keçirmək üçün 649 min 999 manat 99 qəpik ödəniş alacaq.

İnformasiya texnologiyaları işlərinin təkmilləşdirilməsi, mebel və avadanlıqların alınması

Qeyd edək ki, “İNNOVA TECHNOLOGY CENTER” MMC son bir ildə cəmi iki tenderə qatılıb. Hər iki tender isə “Qaçqınkom”un keçirdikləri olub. Belə ki, ötən ilin sentyabrında şirkət sözügedən dövlət qurumundan 331 min 742 manat 7 qəpik dəyərində sifariş alıb.

“İNNOVA TECHNOLOGY CENTER” MMC-nin nə zaman yaradıldığı barədə şirkətin şəxsi internet saytında hər hansı məlumat yoxdur. Məlum olan odur ki, hazırdda MMC Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanında fəaliyyət göstərir. Şirkətin rəhbəri isə Kamran Suraclıdır.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı o da məlum olub ki, sözügedən şirkətin əsas müştəriləri arasında Ramiz Mehdiyevin ailəsinə məxsus olan “VTB Bank” da var.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri