Icma.az
close
up
RU
Günəş enerjisi: aktuallıq da artır, tələbat da

Günəş enerjisi: aktuallıq da artır, tələbat da

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dünyada enerji ehtiyacları durmadan artır. Ənənəvi enerji mənbələri – neft, qaz və kömür – təkcə məhdud ehtiyatlara malik deyil, eyni zamanda ətraf mühitə ciddi zərər vurur. Bu səbəbdən bəşəriyyət son onilliklərdə bərpaolunan enerji mənbələri, xüsusilə də günəş enerjisinə böyük maraq göstərir. Günəş enerjisi Günəşin yaydığı işıq və istilikdən əldə olunan enerjidir. Bu enerji fotovoltaik panellər və ya günəş kollektorları vasitəsilə elektrik və ya istilik enerjisinə çevrilə bilər.

Müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik növü sayılır. Günəş texnologiyaları günəş şüasını fotovoltaik (PV) panellər və ya günəş radiasiyasını cəmləşdirən güzgülər vasitəsilə elektrik enerjisinə çevirir. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.

Günəş panelləri işığa həssas yarımkeçirici materiallardan hazırlanmış və ümumi çərçivəyə salınmış bir neçə qatdan ibarət olan fotoelementlər vasitəsilə günəş enerjisini elektrik enerjisinə çevirən qurğulardır. Bu zaman işığın intensivliyi nə qədər böyük olarsa, elektrik enerjisinin hərəkəti də bir o qədər yüksək olur.

Günəş panelləri vasitəsilə günəş enerjisi sabit cərəyan (DC) şəklində istehsal olunur, daha sonra isə bu enerjinin şəbəkəyə inteqrasiyası üçün dəyişən cərəyana (AC) çevirən güc çeviricilərdən - invertorlardan istifadə edilir. Konsentrasiya edilmiş günəş enerjisi (Concentrated Solar Power - CSP), böyük miqyaslı elektrik stansiyalarında elektrik enerjisi istehsal etmək üçün günəş şüalarını toplayan güzgülərdən istifadə edilir. Bir konsentrasiya edilmiş günəş enerjisi elektrik stansiyası adətən günəş şüalarını hündür nazik qülləyə yönləndirən güzgülər ilə əhatə olunan sahəyə malikdir.

Günəş kollektorları içərisində kanallar olan metal istilikdəyişdiricidən ibarətdir ki, hava, su və ya digər istilikdaşıyıcı maddələr həmin kanalların içərisində hərəkət edir. Kollektorların konsentratorsuz, konsentratorlu, açıq və bağlı tipli növləri mövcuddur. Hamar konsentratorsuz günəş kollektorları hazırda ən çox istifadə edilən növ hesab edilir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilməmiş enerji sistemlərində özünü daha yaxşı doğruldur.

Günəş panellərinin ömrü təxminən 30 ildir və istehsalda istifadə olunan materialın növündən asılı olaraq müxtəlif çalarlarda olur.

Son illərdə texnologiyaların, iri həcmli dünya iqtisadiyyatının, rəqabətqabiliyyətli təchizat zəncirlərinin inkişafı və təcrübələrin təkmilləşməsi bərpaolunan enerji mənbələrindən istehsal xərclərində azalma tendensiyasına gətirib çıxarmışdır. Belə ki, mürəkkəb yarımkeçirici fotoelementlərin faydalı iş əmsalının artırılması, günəş elektrik enerjisinin maya dəyərinin daha da azalmasına imkan yaradıb.

Günəş panelləri vasitəsilə kommersiya miqyasında minlərlə kvadratmetr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları quraşdırılır. Günəş panelləri evlərin damlarında mini şəbəkələr və ya şəxsi istifadə üçün daha kiçik konfiqurasiyalarda mərkəzləşdirilməmiş şəkildə quraşdırıla bilər.

Günəş enerjisi ehtiyatlarına malik inkişaf etməkdə olan ölkələrdə elektrik ötürücü xətlərin yaxınlığında yaşamayan insanları elektrik enerjisi ilə təmin etmək üçün kiçik həcmli, mərkəzləşdirilməmiş günəş panellərindən istifadə olunması mümkündür.

Azərbaycan Günəş radiasiyası baxımından əlverişli ölkələrdəndir. Xüsusilə Naxçıvan, Cəbrayıl, Goranboy, Füzuli, Sabirabad və Şirvan kimi bölgələrdə günəşli günlərin sayı il ərzində 280-300 günə çatır. Bu isə günəş enerjisindən geniş istifadə üçün böyük potensial yaradır.

Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlar (Avropa İttifaqı, UNDP və s.) günəş enerjisi sahəsində müxtəlif pilot layihələr həyata keçirir və bu sahənin inkişafı üçün yeni investisiyalar cəlb olunur.

Enerji üzrə ekspert Vüsal Qasımovun dediyinə görə, günəş enerjisi dünyada ən sürətlə inkişaf edən bərpaolunan enerji növüdür. Bu sahəyə investisiya qoymaq həm iqtisadi, həm də ekoloji baxımdan çox vacibdir. Azərbaycan kimi günəşli günlərin çox olduğu ölkələrdə bu potensialdan istifadə edilməməsi böyük itki sayılmalıdır: “Günəş enerjisi atmosferə zərərli qazlar buraxmır, təbiətə heç bir zərəri yoxdur. Bu, iqlim dəyişikliyi ilə mübarizədə ən vacib resurslardan biridir. Günəş enerjisi yerli və sərhədsiz bir resursdur. Ölkənin enerji idxalına olan asılılığını azaldır və enerji təhlükəsizliyini artırır. Ucqar və elektriklə təminatı zəif olan kəndlərdə günəş panelləri sayəsində insanlar dayanıqlı və sərfəli enerji əldə edə bilər.

Uzunmüddətli dövrdə günəş enerjisi sistemi özünü tam şəkildə doğruldur. Quraşdırma xərcləri geri qayıdır və ailələr, müəssisələr enerji xərclərinə qənaət edir. Günəş enerjisi – təkcə alternativ deyil, strateji enerji çıxış yoludur. Bu texnologiyaya keçid nə qədər tez baş verərsə, gələcək üçün bir o qədər sağlam zəmin yaradılar.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, günəş panellərinin ölkəyə gətirilməsinin gömrük rüsumundan azad olanması həmin sahənin inkişafına müsbət təsir edəcək: “Bir müddət öncə elektromobil və hibrid avtomobillərlə bağlı da belə bir qərar verilmişdi. Qərara əsasən 3 yaşdan yuxarı avtomobillər ölkəyə gətirilərkən gömrük və idxal rüsumlarından azad edildi. Bu qərardan sonra isə Azərbaycanda həmin avtomobillərin sayı artdı. Avtomobil parkının yenilənməsində kifayət qədər canlanma oldu. Bu günə qədər dövlət öz xətti və investisiyası ilə bir sıra xarici şirkətlərlə bağlanmış xüsusi müqavilələr əsasında günəş və külək turubinlərindən enerji almaq üçün elektrik stansiyalar tikirdi. Bundan sonra isə günəş panelləri artıq məişətə ayaq açacaq. İnsanlar öz evlərinin damlarında günəş panellərini daha münasib qiymətə quraşdırmaq imkanı əldə edəcək”. 

İlham Şabanın sözlərinə görə, günəş panellərinin hazırlanma texnologiyası istər Amerika Birləşmiş Ştatlarında, istər Çində, istər Afrikada, yaxud elə Azərbaycanda olsun, yenə də eynidir. Yəni günəş panellərini elə hazırlamaq olmaz ki, onun altına istini, soyuğu saxlayan, izolə edilmiş material yapışdırasan və sonra da taxtanın üstünə vurasan: “Hətta İlon Maskın bir layihəsi var, ABŞ-də artıq üç ildir həyata keçirir. Belə ki, evlərin damını tamamilə günəş panelləri ilə örtürlər və bunu etməmişdən öncə xüsusi izolə edilmiş material çəkirlər. Yəni bu, istiliyi saxlayır, onun davamlılığını artırır. Ancaq bu gün hətta Amerika kimi yerdə satış həcmləri həddindən artıq çoxdur, qiyməti kifayət qədər bahalıdır. Bu gün 100 kvadratmetrlik bir evin damını metal örtüklə bağlamaq üçün təqribən 6-7 min manat xərc tələb olunur. Onu altdan izolə etmək üçün isə təqribən 1500-2000 manat arasında izolə materiallarından istifadə olunar. Çünki evlərdə hava qızdıqca yuxarı qalxır və ən böyük itkisi məhz dam örtüyündə baş verir. Kim ki onu yaxşı izolə edə bilir, o, elektrik enerjisinə qənaət etmiş olur".

İlham Şaban qeyd edib ki, bu problemlərlə həyət evlərində də rastlaşılır: "Məsələn, insanlar 100 min manat xərc çəkərək bir-iki mərtəbəli ev tikirlər və minimal 5000 manat xərcləyib onu izolə etmirlər. Sonra da deyirlər ki, 2 ayda limiti qurtardım. Ancaq həmin kapital xərcini çəkdikdə eyni limiti 6-8 ay saxlamaq olur. Bu izolyasiya materiallara çəkilən xərci isə təqribən 5-6 ilə qazanmaq olur. Burada qızıl ortanı tapmaq vacibdir".

Elektrik enerjisi isə günəş panelləri (fotovoltaik sistemlər) vasitəsilə əldə edilir. Günəşdən alınan elektrik enerjisi iki formada istifadə edilə bilər: şəbəkəyə qoşulu sistemlər (on-grid) və müstəqil, yəni şəbəkədən ayrı çalışan sistemlər (off-grid). Şəbəkəyə qoşulu sistemlərdə əldə edilən enerji birbaşa elektrik şəbəkəsinə ötürülür və bu yolla həm fərdi istifadə, həm də geniş miqyaslı enerji təchizatı təmin olunur. Şəbəkədən ayrı çalışan sistemlərdə isə elektrik enerjisi akkumulyatorlara toplanır və ehtiyac olduqda məişət və ya təsərrüfat məqsədləri üçün istifadə olunur.

Günəşdən alınan istilik enerjisi yay aylarında daha səmərəli olur, çünki bu enerji birbaşa Günəşin yaydığı istilikdən asılıdır. Elektrik enerjisi isə əsasən Günəş şüalarının intensivliyindən – yəni işıq selindən (parlaqlıq səviyyəsindən) asılı olaraq yaranır. Fotovoltaik panellər Günəşin istiliyindən deyil, məhz şüa axınından (fotonlardan) elektrik enerjisi istehsal edir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri