Icma.az
close
up
RU
Günəş enerjisi: İstifadə üçün nələr edilməli?

Günəş enerjisi: İstifadə üçün nələr edilməli?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Qlobal qilim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə yaşayırıq". 

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, son 150 ildə planetimizdə temperatur 1 dərəcə artıb:

"İnsan fəaliyyəti özündə ehtiva edən sənayeləşmə, urbanizasiyanın güclənməsi, əhali artımı nəticəsində atmosferdə istixana effekti yaradan qazların miqdarı çoxalır.Daha çox atmosfer kirliliyi yaradan isə fosil yanacaqla (kömür, neft və təbii qaz) işləyən sənaye müəssisələri və nəqliyyat vasitələridir.Bu gün qlobal iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq üçün sənayedə texnoloji transferlər zəruridir. 

Dünyada dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz enerji qaynaqlarına ehtiyac yaranıb. Bərpa olunan enerji-qalıq yanacaq materiallarına - neft, qaz, daş kömürə nisbətən atmosferi daha az çirkləndirir". 

Ekspert qeyd edib ki, bərpa olunan enerji ötən əsrin 70-ci illərində neft böhranından sonra populyarlaşmağa başlayıb:

"Günəş və külək enerjisi resurslarının araşdırılması yayğınlaşdı. Son illər Azərbaycanda bərpa olunan enerji növlərinin tədqiqi ilə bağlı mühüm addımlar atılıb. Ölkəmizdə 2020-cu ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası fəaliyyətə başlayıb.

Xatırladım ki, Azərbaycanın bərpaolunan enerji potensialı zəngindir. Belə ki, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir".

Elman Cəfərli diqqətə çatdırıb ki, Günəş enerjisi Yer kürəsində ən bol və təmiz enerji mənbələrindən biridir:

"Evlər, bizneslər və sənaye müəssisələri üçün elektrik, istilik və işıq təmin edə bilər. Günəş enerjisindən istifadənin bir neçə metodu var. Birincisi, günəş fotovoltaik sistemləridir. Bu sistemlər fotovoltaik hüceyrələrdən ibarət günəş panellərindən istifadə edərək günəş işığını birbaşa elektrik enerjisinə çevirir. 

Günəş istilik sistemləri isə günəşdən istiliyi alır və onu suyun və ya havanın qızdırılması, hətta buxar turbinləri vasitəsilə elektrik enerjisi istehsalı üçün istifadə edir.Günəş panelləri adətən silikondan hazırlanan fotovoltaik hüceyrələrdən ibarətdir. Günəş işığı PV hüceyrənin səthinə dəydikdə, silisium materialındakı elektronları həyəcanlandırır və onların hərəkətinə səbəb olur. Bu hərəkət elektrik cərəyanı yaradır".

Həmsöhbətimiz vurğulayıb ki, proqnozlara görə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək:

"Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər.“Yaşıl enerji”yə keçid planetimizi ekoloji böhrandan çıxarmağa yardımçı ola bilər. Yetər ki, bütün dövlətlər buna səs göstərsin və bərpa olunan enerji sektorunun yaranmasına maliyyə ayırsın.

Hesablamalara əsasən, karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcək. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq. 

Qafqaz, Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Avropa regionu yaşıl enerjis istehsalında öncül mövqedə olacağı proqnozlaşdırılır.Hesab edilir ki, alternativ enerji mənbələrinə keçid sosial-iqtisadi inkişafa təkan verəcək. Yeni istehsal müəssisələrinin yaradılması yeni kadrlara tələbat yaradacaq, yeni iş yerlərinin yaranmasına səbəb olacaq".

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan günəş enerjisi Elman Cəfərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri