Günəş eynəyi alarkən diqqətli OLUN
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Həkim Anna Molina günəş eynəyi seçərkən təkcə estetik görünüşə və ya markaya güvənməməyə çağırıb.
Redaktor.az xəbər verir ki, o bu barədə "Vanitatis" nəşrinə müsahibə verib.
Həkim düzgün seçilməmiş günəş eynəklərinin göz sağlamlığına zərər verə biləcəyini bildirib.
Molina qeyd edib ki, linzaların tünd olması eynəyin gözləri günəşdən qoruduğu anlamına gəlmir. Əsas diqqət yetirilməli məqam ultrabənövşəyi (UV) filtrin olmasıdır. Əgər bu göstərici məhsulun etiketində göstərilməyibsə, mütəxəssis eynəyin günəşdən qoruyucu xüsusiyyətə malik olub-olmadığını satıcı ilə dəqiqləşdirməyi tövsiyə edib.
Onun sözlərinə görə, UV filtri olmayan eynəklər görmə problemlərinə yol aça bilər. Səbəb isə ondan ibarətdir ki, insan qaranlıqda və ya tünd linzalı eynək taxdıqda göz bəbəkləri genişlənir. Əgər eynəklərdə qoruyucu filtr yoxdursa, günəş şüaları birbaşa gözə düşərək mənfi təsirini daha da artırır.
Aytəkin TOFİQQIZI
Baxış sayı:73
Bu xəbər 16 İyul 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















