Icma.az
close
up
RU
Yumurta alarkən diqqətli olun

Yumurta alarkən diqqətli olun

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə marketlərdə satılan toyuq yumurtalarının istehsal və qablaşdırma tarixinin qeyd edilmədiyi iddia edilir. Bildirilir ki, qablaşdırmada tarix üçün nəzərdə tutulmuş yer boş qalır, bu isə satıcıya yumurtanı istədiyi müddət ərzində satışa çıxarmağa imkan verir.

Gununsesi.info  xəbər verir ki, məsələ ilə bağlı şirkətlərdən birindən bildirilib ki, yumurtaların hər birinə satışa çıxarılmadan əvvəl lazer şüaları ilə istehsal tarixi yazılır:

“Son istifadə tarixini isə məhsulu alan şirkət qeyd etməlidir. Burada məsuliyyət satıcıya aiddir. Biz minlərlə yumurta istehsal edirik, marketlər isə onları qablaşdırıb alıcıya təqdim edir. Bu zaman tarixi bizim qeyd etməyimiz mümkün deyil. Lazerlə yazılmış tarixə müdaxilə olunduğu halda dərhal hiss olunur, çünki yumurtanın qabığı zədələnir. Mürəkkəblə saxta tarix yazmaq mümkündür, amma bu da ilk baxışda nəzərə çarpır”, – deyə şirkət açıqlama verib.

Qida təhlükəsizliyi üzrə ekspert Ağa Salmanov bildirib ki, istehlakçılar yumurta alarkən xüsusilə diqqətli olmalıdırlar. İstehsal və son istifadə tarixi göstərilməyən yumurtalar həm keyfiyyət baxımından, həm də sağlamlıq üçün ciddi risk daşıyır. Tarixsiz məhsulların nə qədər müddət ərzində saxlandığı, hansı şəraitdə qorunduğu və nə vaxt yığılaraq satışa çıxarıldığı məlum olmadığı üçün bakterial çirklənmə, xüsusilə də Salmonella riski xeyli artır.

Köhnə yumurta əvvəlcə xarici görünüşdə dəyişiklik yaratmaya bilər, lakin içəridə mikrobioloji təhlükə inkişaf etmiş ola bilər. Bu səbəbdən istehlakçılar yalnız rəsmi markalanmış, tarixli və sertifikatlı məhsullara üstünlük verməli, şübhəli görünən və ya üzərində heç bir istehsal məlumatı olmayan yumurtaları almamalıdırlar.

Qeyd edək ki, qida təhlükəsizliyi gündəlik sağlamlığımızın ən vacib hissələrindən biridir və bu kimi kiçik görünən detallar gələcəkdə böyük problemlərin qarşısını almağa kömək edir.(milli.az)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri