Günəş panellərlərindən hasil edilən enerjinin həcmi açıqlanıb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Ötən ilin oktyabrında “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 66 215,3 kVt/saat enerji hasil edilib. SİA ASCO-ya istinadən xəbər verir ki, təkcə 2025-ci ilin may ayı ərzində 18 454,3 kVt/saat enerji istehsal olunub. Ay ərzində bəzi günlərdə hasilat 800 kVt/saat həddinə yaxınlaşıb.
Statistikaya görə, indiyədək 65 946,1 kq karbon qazı emissiyasının qarşısı alınıb. Bu isə 3 638 ağacın qorunmasına bərabər ekoloji fayda deməkdir. Eyni zamanda, 26 457,8 kq daş kömürə qənaət olunub ki, bu da enerji istehsalında fosil yanacaqlardan istifadəni minimuma endirir.
Qeyd edək ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda ümumilikdə 512 kvadratmetr əraziyə hər biri 690 Vt olmaqla, 162 ədəd günəş paneli quraşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















